Azərbaycan-Fələstin əməkdaşlığının perspektivləri müzakirə olunub
Tarix: 13.11.2013 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Noyabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda səfərdə olan Fələstin dövlətinin sosial məsələlər üzrə naziri Kamal E.M. Əlşərəfi ilə görüşüb.
Ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında məlumat verən H.Hüseynova qeyd etmişdir ki, Prezident İlham Əliyev gender balansının təmin edilməsi məsələlərinə, ailə və uşaq problemlərinin həllinə prioritet əhəmiyyət verir. Komitə sədri Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə fəaliyyətini xüsusi vurğulayıb.
H.Hüseynova müvafiq istiqamətlər üzrə xarici ölkələr, o cümlədən Fələstin ilə əməkdaşlığın inkişafının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Kamal E.M. Əlşərəfi Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətini yüksək qiymətləndirib.
Görüşdə iki dövlət arasında memorandumun imzalanması barədə razılıq əldə olunub. Həmçinin Bakıda keçirilmiş İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının nəticələri müzakirə edilmiş və beynəlxalq tədbirdə qəbul olunmuş sənədlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info