Şəkidə Debat Forumu keçirilib
Tarix: 13.11.2013 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən həyata keçirilən “Könüllü.az” Region Gənclərinin İctimai Fəallığının Artırılması layihəsi çərçivəsində, Şəki Regional Debat Mərkəzi tərəfindən “Şəki Məktəblərarası Debat Forumu - Payız 2013” təşkil olunub.
Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Sadıqov, DVC Milli Debat Proqramını koordinatoru Malik Bağırov və digər səlahiyyətli şəxslər çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Çıxışçılar debatların fərdi inkişaf, natiq olaraq formalaşmaq, fəal vətəndaş olmaq, öz fikrini aydın və səlis bildirmək qabiliyyətlərinə yiyələnmək üçün vacib olduğunu qeyd edib. Debat Forumunda Şəki şəhərinin 11 orta məktəbini təmsil edən 50 gənc iştirak edib. İştirakçılar sertifikatlarla, qaliblər medal və kubokla təltif olunublar. Forumun bağlanış mərasimində gənclərə dövlət tərəfindən göstərilən dəstəyi və gənclər siyasətində DVC rolunu qeyd edən Şəki Debat Mərkəzinin Rəhbəri Dəyanət Sadıqov, Şəki Debat Mərkəzinin gələcək planları haqqında danışıb: "Yaxın gələcəkdə Şəki-Zaqatala iqtisadi rayonu üzrə bütün orta və orta-ixtisas müəssisələrini əhatə etməyi özümüzə məqsəd qoymuşuq”.
DVC («Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən «Debat» təhsil proqramı kimi başlayıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. DVC hazırda 33000 üzv, 45 region, 10 nümayəndəlik, 90-dən artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info