Gülüstan müqaviləsinin 200 illiyinə həsr olunmuş konfrans
Tarix: 13.11.2013 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Noyabrın 13-də Azərbaycan Hərb Tarixi Muzeyində Gülüstan sülh müqaviləsinin imzalanmasının 200 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib., Tədbirdə Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşları, paytaxtdakı muzeylərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov bildirib ki, konfrans tariximizdə dərin iz buraxmış hadisənin - Azərbaycan torpaqlarının iki yerə bölünməsinin əsasını qoymuş Gülüstan sülh müqaviləsinin 200 illik tarixinə, onun hərbi-siyasi nəticələrinə həsr edilib.
Bildirilib ki, Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində imzalanmış 11 maddədən ibarət müqaviləni Qacarlar tərəfindən şahın vəkili Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən isə Nikolay Rtişşev imzalayıblar.
Gülüstan sülh müqaviləsinin şərtlərinə əsasən, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycanın bütün xanlıqları – Lənkəran, Şirvan, Dərbənd, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatılıb.
Digər çıxış edənlər də Gülüstan müqaviləsinin tarixindən söz açıblar.
Konfransda “Azərbaycan torpaqlarının işğalının başlanması (XVIII əsrin sonu-XIX əsrin əvvəlləri)”, “Gülüstana aparan yollar”, “1804-1813-cü illər rus-Qacar müharibəsinin gedişində Qacar dövlətində Britaniya diplomatik missiyaları”, “Gülüstan sülhünün ağır nəticələri”, “I rus-Qacar müharibəsinin gedişində Dərbəndin ruslar tərəfindən işğalı” və digər mövzularda məruzələr dinlənilib.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans iştirakçıları muzeydəki ekspozisiya ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info