Gözdən əlillər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
Tarix: 13.11.2013 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


13-də Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə tədbir keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, gözdən əlillər iştirak ediblər.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (GƏC) sədri Səmyar Abdullayev çıxış edərək Beynəlxalq Gözdən Əlillər Gününün əhəmiyyətindən, təmsil etdiyi təşkilatın fəaliyyətindən, dövlət tərəfindən əlillərə göstərilən diqqət və qayğıdan, bu sahədə mövcud problemlərdən və onların həlli yollarından danışıb. Bildirilib ki, BMT və Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyəsi ilə hər il noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. DST-nin apardığı statistikaya əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Ölkəmizdə əlillərə, o cümlədən gözdən əlillərə diqqət və qayğı yüksək səviyyədədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlillər üçün 132 mənzildən ibarət bina tikilir. Həmçinin reabilitasiya tədris mərkəzi inşa edilir və bu mərkəzin gələn il istifadəyə verilməsi nəzərdə tutulub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Məhdudiyyətsiz həyat” layihəsi haqqında da məlumat verilib. Bildirilib ki, layihə hər bir gözdən əlil vətəndaşın özünü göstərməsinə və bacarığını nümayiş etdirməsinə imkan yaradır.
Tədbirdə gözdən əlil vətəndaşların mövcud problemləri və onların həlli yolları ətrafında müzakirələr aparıblar.
Sonda sözügedən layihə çərçivəsində gözdən əlil ifaçılardan ibarət “Duyğu” ansamblının təqdimatı keçirilib, “Zülmətlə mübarizə” filmi nümayiş etdirilib. Filmdə gözdən əlil vətəndaşların cəmiyyətə adaptasiya və inteqrasiya problemlərindən, bu problemlərin həlli istiqamətində görülən işlərdən bəhs olunur.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info