“Gənclər öz məsuliyyətini dərk edir”
Tarix: 13.11.2013 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Eldar Nağıyev: “Azərbaycan gəncləri artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib”

“Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyi ötən il yaradılıb. İctimai birliyin məqsədi ictimai həyatda gənclərin fəal iştirakının təmin edilməsinə kömək etməkdir. Məqsədə çatmaq üçün ictimai birlik gənclərin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verir. Eyni zamanda gənclər arasında sağlam həyat tərzini və milli-mənəvi dəyərləri təbliğ edir. İctimai birliyin sədri Eldar Nağıyev qəzetimizə müsahibəsində bu istiqamətlərdə gördükləri işlər haqda danışdı.
-Gənclərin inkişafı üçün dövlət tərəfindən hansı dəstək göstərilir?
- Bu məsələdə xüsusilə “Azərbaycan gəncləri 2011-2015-ci illərdə Dövlət Proqramını qeyd etmək istərdim. Bu proqram qəbul olunarkən cəmiyyətdə, xüsusilə gənclər arasında geniş müzakirələr aparılıb. Gənclər tərəfindən irəli sürülmüş təkliflərin bir çoxu bu proqrama daxil edilib. Proqram konkretdir, orada konkret məsələlər öz əksini tapıb və uğurla icra olunur.
Növbəti mərhələdə yenə də gənclərin təklifi nəzərə alınaraq dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident yanında Gənclər Fondu yaradılıb. Fondun əsas vəsaiti Prezidentin Ehtiyat Fondundan təmin edilir. Bu da gənclər siyasətinə olan münasibətin təzahürüdür. Çünki Prezidentin Ehtiyat Fondundan ancaq ölkə üçün ən əhəmiyyətli layihələrə vəsait ayrılır. Prezident yanında Gənclər Fondu artıq uğurla fəaliyyət göstərir, müxtəlif layihələr icra edilir. Gənclər bu işlərə cəlb olunur və ölkəmizin gələcəyi, ölkədə gedən proseslərlə bağlı müxtəlif layihələrin icra edilməsi üçün Prezident yanında Gənclər Fondu öz vəsaitindən istifadə edir.
- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?
- Azərbaycan gəncləri artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib, demokratikləşmə və demokratik prinsiplərin mənimsənilməsi və inkişafı prosesində yaxından iştirak edirlər. Bu gün Azərbaycan gəncləri cəmiyyətin fəal üzvləridir və cəmiyyətdə çox müsbət rol oynayırlar.
-Ümumiyyətlə, bu gün Azərbaycan gənclərinin qarşısında hansı vəzifələr dayanıb?
- Bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanıb. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırım aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir.
- Azərbaycan gəncləri öz üzərinə düşən məsuliyyəti anlayırmı?
- Əvvəlki illərə nisbətdə müasir gənclər çox aktivdirlər. Üstəlik, çox az halda hansısa ideyanın ardınca kor-koranə gedirlər. Bu günün gəncliyi fanat deyil, yəni, nə istədiyini bilir. Məncə, mütləq böyük əksəriyyət məsuliyyətini dərk edir.
-Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiz?
- Milli gənclər siyasətimizin konsepsiyası da ondan ibarətdir ki, yeni formalaşan gənclərin, maksimum səviyyədə millətçi, dövlətçi, öz milli-mənəvi dəyərlərinə bağlı, Azərbaycanın milli və dövlət maraqlarını hər şeyin fövqündə düşünən bir gənc kimi yetişməsinə nail olaq. Bu, cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni, ictimai-siyasi - bütün sferalarını əhatə edir. Yəni bu gün müəyyən mənada avropasayağı həyat tərzini mənimsəməyə çalışanlar da bizim gənclərimizdir. Onlar azərbaycanlılıqdan imtina etməyiblər. Sadəcə olaraq bunlarla yanaşı avropalılığı bir az qabardıblar. Ancaq əksər gənclərimiz var ki, onlarda milli hisslər daha qabarıqdır.
-QHT olaraq gənclərlə bağlı hansı layihələr keçirirsiniz?
- Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Avrasiya Hüquqşünaslar Assosiasiyası və Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə birgə həyata keçirdiyimiz layihənin məqsədi İKT vasitəsi ilə Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ bölgəsinin tarixi keçmişi, erməni terrorizmi, erməni işğalçı siyasətinin nəticələri, qaçqın və məcburi köçkünlər, etnik təmizləmə siyasəti, həmçinin erməni təbliğatının qarşısının alınması, Azərbaycan dövlətinin Qarabağ münaqişəsinin həllində apardığı siyasətinin səmərəliyini artırmağa dəstək verilməsi olub. Bu səbəbdən Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini və digər mühüm həqiqətləri özündə ehtiva edən “karabakh.org” saytının yenilənmiş ingilis dilində versiyası hazırlanıb.
Hazırda təşkilatımız Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında Bioetika ilə bağlı maarifləndirmə tədbirləri” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində təşkilatımız AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitunda YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosu ilə sıx əməkdaşlıq edəcək.
-Gənclərimiz bu layihələrdə fəal iştirak edirlərmi?
-Əlbəttə. Layihəmizə cəlb olunan könüllülər, təlimçi və ekspertlərin əksəriyyətini xaricdə nüfuzlu təhsil ocaqlarında təhsil almış gənclər təşkil edir. “Gənclər arasında Bioetika ilə bağlı maarifləndirmə tədbirləri” adlı tədbirə yüzlərlə gənc, o cümlədən tələbələr qatılıblar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info