Qaladan Zirəyədək magistral su kəmərinin inşasına başlanılıb
Tarix: 13.11.2013 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək hissəsinin inşasına başlanılıb.
Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəmərinin davamı olaraq tikilən xətt 22,2 km layihələndirilib və 1020 mm diametrli metal borularla çəkilir. İnşaat işlərinə başlanandan kəmərin 2,7 km-lik hissəsində qaynaq işləri başa çatdırılıb və borular xəndəyə endirilib. Kəmərin tikintisində ən son texnologiyalardan istifadə olunur. Borular avtomatik idarəolunan qaynaq aparatları vasitəsi ilə birləşdirilir və hər bir qaynaq tikişi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır. Kəmərlə nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir. Qala-Zirə su xətti Ceyranbatan-Balaxanı-Ramana-Qala xəttinə qoşulmaqla hazırda inşa edilən 10 min kubmetr tutumlu Zirə su anbarını su ilə təmin edəcək. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Zirə qəsəbəsindən Pirallahı qəsəbəsinədək olan hissəsi tikiləcək. Magistral xətt və su anbarı tam istismara verildikdən sonra Zirə, Pirallahı, Gürgan və Türkan qəsəbələrinin, həmçinin Dübəndi yaşayış məntəqəsinin 45 minə qədər sakini dayanıqlı içməli su ilə təmin ediləcək. Hazırda bu yaşayış məntəqələrində mərkəzləşmiş içməli su təchizatı sistemi olmadığından əhali quyu sularından istifadə edir və ya suyu maşınlarla alır. Qeyd edək ki, 2012-2013-cü illərdə tikilərək istismara verilmiş Ceyranbatan-Balaxanı-Ramana-Qala su kəməri ilə cari ilin iyul ayından yaşayış məntəqələrinə içməli suyun verilməsinə başlanılıb. Ötən müddətdə magistral kəmərdən Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədi, Binəqədi rayonunun Gülüstan yaşayış massivinə, Sabunçu rayonunun Sabunçu, Balaxanı, Ramana və Zabrat qəsəbələrinə, Xəzər rayonunun Buzovna, Mərdəkan, Şağan və Qala qəsəbələrinə içməli suyun verilməsi təmin edilib. Magistral xəttin istismara verilməsi nəticəsində Abşeron yarımadasının kənd və qəsəbələrində mərkəzləşmiş qaydada su almayan 23 min nəfərə ilk dəfə mərkəzləşmiş qaydada su verilib. Ümumilikdə, Ceyranbatan-Qala su xəttinin istifadəyə verilməsi nəticəsində 130 minə qədər sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onlardan 90 min nəfərin su təchizatı 24 saat fasiləsiz rejimə keçib, 40 min nəfərə yaxın sakinə suyun verilmə intervalı artırılıb. Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su xətti tam istismara verildikdən və qəsəbələrdə paylayıcı şəbəkələr yenidən qurulduqdan sonra Abşeron yarımadasında 1 milyona yaxın sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Azeri Light”ın bir barreli 68,60 dollara satılır
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info