“Qazaxıstan bütün Avropada müxalifətçi ovuna çıxıb”
Tarix: 13.11.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Qazaxıstan bütün Avropada müxalifətçilərin ovuna çıxıb. Bu barədə İspaniyanın “Corriere della Sera” qəzeti yazır. Müəllif Rikkardo Nuri qeyd edir ki, hazırda Fransada həbsdə olan Muxtar Ablyazov adlı müxalifətçinin ovunun və onun qızı ilə arvadının İtaliyadan Qazaxıstana qeyri-qanuni şəkildə köçürülməsinin ardınca bu ölkənin hakimiyyəti öz müxalifətçilərinin Avropada ovuna davam edir:

“Son Cümə günü İspaniyanın Ali Məhkəməsi Aleksandr Pavlovun ekstradisiyası tələbini təsdiq edib. Bu adam 2009-cu ildə Qazaxıstandan qaçan və İspaniyada siyasi sığınacaq almaq istəyən Ablyazovun təhlükəsizlik xidmətinin keçmiş sədridir. Pavlovun işgəncəyə məruz qalacağına baxmayaraq, İspaniya məhkəməsi onun ekstradisiyası barədə qərar qəbul edib. İspan məhkəməsinin beynəlxalq qanunvericiliyi pozduğuna görə “Amnesty International” ona xəbərdarlıq edib və tələb edib ki, ekstradisiya qərarını dəyişsin. Bu barədə son qərarı Nazirlər Kabineti verəcək.
Pavlov İspaniyada 2012-ci ilin dekabrında tutulub. Onun adı Qazaxıstan hökumətinin tələbi ilə İnperpol xətti ilə axtarılanların siyahısına salınıb. Pavlov mülkiyyətin zorla əldən alınmasında və ona etibar edilmiş mülkiyyəti mənimsəməkdə, həmçinin terror törətmək cəhdində ittiham olunur. Pavlovun özü bu ittihamları uydurma hesab edir. Ablyazovla əlaqəli olan Tatyana Paraskeviç isə hazırda Çexiyadadır. O da Ablyazov kimi Ukrayna və ya Rusiyaya verilə bilər, ya da Qazaxıstana ekstradisiya olunacaq. Orada isə onun hüquqları pozulacaq. “Amnesty International” isə Praqa hökumətinə müraciət edib ki, Paraskeviçi ölkədən çıxarmasın”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info