“İranla fikir ayrılıqları razılığın əldə olunmasına əngəl törətmir”
Tarix: 13.11.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


“İranla fikir ayrılıqları razılığın əldə olunmasına maneə törədə biləcək qədər böyük anlaşılmazlıq deyil”. Bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, dünya ictimaiyyəti İranın nüvə silahı istehsal etmək niyyətində olmadığından əmin olmalıdır:
“Hazırda İranla “altılıq” ölkələri arasında heç bir ixtilaf nüvə məsələsində razılığa nail olmağa əngəl törədəcək dərəcədə əhəmiyyətli və böyük deyil. Biz həqiqətən uzlaşmağa çox yaxınlaşmışdıq. “Altılıq” ölkələri İrana təqdim olunan bir təklif üzərində həmfikir oldular, ancaq qarşı tərəf geri dönməyə ehtiyac duydu”. C. Kerri həmçinin İrana qarşı sanksiyaların sərtləşdirilməsinin yanlış bir addım ola biləcəyini deyib: “İranın nüvə məsələsi ilə bağlı qızğın müzakirələr getdiyi ərəfədə bu ölkəyə qarşı sanksiyaların gücləndirilməsi yanlışlıq olacaq”. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqları dekabrın 11-də Vyanada keçiriləcək. AEBA-nın icraçı direktoru Yukiya Amanonun İrana səfəri zamanı qəbul edilmiş birgə bəyanatda Tehran müzakirələrinin konstruktiv keçdiyi və əməkdaşlığa dair son razılaşmanın da dekabrın 11-də Vyanada imzalanacağı qeyd olunub. Xəbərdə həmçinin agentlik müfəttişlərinin yaxın günlərdə Ərak ağır su nüvə reaktoruna baxış keçirməsinin mümkün olacağı bildirilib. Bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi də təsdiqləyib: “İranla AEBA arasında agentlik müfəttişlərinin nüvə obyektində yoxlamalar aparması məsələsi ilə bağlı razılıq əldə olunsa, onda Ərak ağır su nüvə reaktoruna dekabrın 11-dək baxış keçirilməsi mümkündür. İran bir ildən qısa müddət içərisində nüvə fəaliyyətləri ilə bağlı şübhələrə səbəb olan mövzuları aydınlaşdırmaq və qarşı tərəfi razı salmaq məsələsində səy göstərəcək. Bu arada ABŞ prezidenti Barak Obama 1979-cu ildən İrana qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il uzadıb. Obamanın qərarı texniki xarakter daşıyır. ABŞ prezidenti hər il bu sənədin müddətini uzadır. Bu sanksiyalar ABŞ-dan İrana qida və dərman preparatları daxil olmaqla bir necə malların ixracını, eləcə də İrandan ABŞ-a hər hansı malların idxalını qadağan edir.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info