Jurnalistlər idman sahəsinə diqqəti artıracaqlar
Tarix: 13.11.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Milli Olimpiya Komitəsi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib.

Konfransda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media orqanlarının baş redaktorları və digər qonaqlar iştirak ediblər. Çingiz Hüseynzadə tədbirin əhəmiyyətindən bəhs edərək, Azərbaycanda idmanın dinamik inkişaf etdiyini və bu sahəyə yüksək diqqət olduğunu vurğulayıb. İdmanın inkişafının mediada işıqlandırılmasının da mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb. Daha sonra çıxış edən Vüqar Səfərli müsabiqənin keçirilməsinin məqsədindən söz açıb. Qeyd edib ki, burada başlıca məqsəd, Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafının KİV-lərdə təbliğini daha da genişləndirmək və bu sahədə peşəkar idman jurnalistlərinin yaradıcılığını keyfiyyətcə yeni mərhələyə qaldırmaqdır. V. Səfərli müsabiqəyə 27 yazının təqdim olunduğunu bildirib: "Müsabiqəyə daxil olan yazılar kodlaşdırılaraq münsiflərə təqdim edilib. İdman spesifik sahə olduğundan yazıların qiymətləndirilməsi sırf bu sahə üzrə ekspertlərə həvalə olunub”. Ekspertlərdən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov müsabiqəyə təqdim olunan yazıların qiymətləndirmə meyarlarından danışıb. İdman jurnalistikasının mövcud durumuna toxunan natiq bu sahənin inkişafından da geniş bəhs edib. “Təhsil” Respublika İdman Sağlamlıq Mərkəzinin baş direktoru Cəfər Hümbətov və Gənclər və İdman Nazirliyinin Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Qədəmşah Sadıxov da müsabiqəyə təqdim olunan yazılar barədə öz fikirlərini bildiriblər. Mətbuat Şurasının sədri Ə.Amaşov isə Azərbaycan bayrağını zirvələrə qaldıran idmançılarımızın uğurlarının bütün xalq tərəfindən böyük rəğbətlə qarşılandığını və hər bir azərbaycanlını sevinc hisslərinə qərq etdiyini bildirib. Çıxış və təkliflərdən sonra müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə birinci yerin sahibi “Mövqe” qəzetinin müxbiri Mübariz Bayramov, 2-ci yerin sahibi “İdmançı” qəzetinin redaktoru Dilqəm Quliyev, 3-cü yerin sahibi isə “Olimpiya dünyası” qəzetinin şöbə müdiri Anar Əhmədov olub. 7 jurnalist isə həvəsləndirici mükafata layiq görülüb.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info