Qəbələdə beynəlxalq forum keçirilir
Tarix: 14.11.2013 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Noyabrın 14-dən Qəbələ şəhərində İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair 6-cı Beynəlxalq forum öz işinə başlayıb.
“Qafqaz Resorte” otelində keçirilən forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Gürcüstan, İtaliya, Moldova, Serbiya və Özbəkistanın gömrük xidməti orqanlarının məsul şəxsləri, həmçinin Asiya İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin 33 nümayəndəsi iştirak edir. İştirakçılar arasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov və TRASECA Katibliyinin nümayəndəsi də var.
Forumda ölkələr arasında gömrük sərhəd keçid prosedurlarının sadələşdirilməsi, İpək Yolu ölkələrində tranzit sistemləri, gömrük- biznes əməkdaşlığına dair təcrübə mübadiləsi və Ümumdünya Gömrük Təşkilatının çərçivə standartları (İnteqrəedilmiş sərhəd idarəçiliyi) bölmələri üzrə “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASECA) imkanları və perspektivləri”, “Karvansara layihəsi”, “Ümumi tranzit”, “İƏT ölkələrində nəqliyyat dəhlizi”, “Türkiyə quru sərhəd qapılarının modernləşdirilməsi, “İnteqrəedilmiş ticarətin sadələşdirilməsi”, “Əlaqələndirilmiş sərhəd idarəçiliyi”, “Gömrük islahatları: reallıqlar və perspektivlər” və digər mövzular müzakirə olunacaq.
Forumun sonunda Qəbələ Bəyannaməsi qəbul ediləcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info