ARGTMŞ nümayəndə heyəti Qara Dəniz Gənclər Forumunda iştirak edib
Tarix: 14.11.2013 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndə heyəti sədr Şahin Seyidzadənin rəhbərliyi ilə Qara Dəniz Gənclər Forumunda iştirak edib. Forum Rusiya Federasiyasının Moskva və Soçi şəhərlərində baş tutub. Forumun əsas məqsədi regionda gənclər təşkilatlarının rolunun müzakirə edilməsi və gənclər təşkilatları arasında uzunmüddətli əməkdaşlığın qurulmasıdır. Forumda Qara Dəniz regionunun 7 ölkəsindən gələn gənclər təşkilatlarının 30-dan çox nümayəndəsi iştirak edib. İştirakçılar arasında "Avropada Gənclər ekologiyaya görə" beynəlxalq gənclər təşkilatı, Bolqarıstan Milli Gənclər Forumu, Moldova Respublikası Gənlər Təşkilatları Milli Şurası, Moldovanın Milli skautlar assosiyasiyası, Ruminiya Gənclər Təşkilatları Şurası, Rusiya Gənc Liderlər Assosiyasiyası, AIESEC Rusiya, Adalya Gənclər Klubu (Türkiyə) və Ukrayna Gənclər Forumu iştirak edib. Forumda iştirak edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını isə sədr Şahin Seyidzadə, ARGTMŞ-nin sədr müavini Ramiz Əliyev və ARGTMŞ-nin nəzarət təftiş komissiyasının katibi Ləman Ağalarova təmsil edib. Dörd günlük forumda əsasən Qara Dəniz regionunda mədəniyyətlərarası ünsiyyət imkanları və problemləri barədə, qeyri-formal təhsilin keyfiyyətinin yaxşılaşdırılması haqqında müzakirələr olub. Forumun yekununda Qara Dəniz regionunda gənclər təşkilatlarının əməkdaşlığı haqqında memorandum təsdiq edilib. Qeyd edək ki, forum Moldova Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən başlamış təşəbbüsün davamı olaraq reallaşıb.

Nigar














 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info