Azərbaycan Barselona və Varşava sərgilərində təmsil olunacaq
Tarix: 14.11.2013 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Noyabrın 19-dan 21-dək İspaniyanın Barselona şəhərində keçiriləcək «EİBTM-2013» adlı beynəlxalq turizm sərgisində ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətində nazirliyin əməkdaşları, Azərbaycan Konqres Bürosu, «Billur Tour», «Geo Travel», «Gilan Turizm», «Milennium Turizm» şirkətlərinin, “Four Seasons Baku» və «Jumeirah Bilgah Beach» mehmanxanalarının nümayəndələri də olacaq. Azərbaycanın ilk dəfə iştirak edəcəyi bu sərgidə ziyarətçilərə paylanması üçün ingilis və ispan dillərində reklam-çap məhsulları hazırlanıb. Sərgidə ölkəmizin turizm potensialı 51 kvadratmetrlik sahədə nümayiş etdiriləcək. Bu ay Azərbaycanın iştirakı ilə daha bir sərgi Polşanın paytaxtı Varşavada baş tutacaq. 28-30 noyabr tarixində reallaşacaq «TTWARSAW-2013» sərgisində ölkəmizin turizm imkanlarının nümayiş etdirilməsi üçün 26 kvadratmetrlik sahədə stend quraşdırılacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Heyətdə «Geo Travel», «Qafqaz Travel», «Regea Travel» və «Heritage Travel» şirkətlərinin nümayəndələri də yer alacaq.
Qeyd edək ki, ölkəmiz Polşada keçirilən beynəlxalq turizm sərgilərində dəfələrlə iştirak etsə də, «TTWARSAW-2013» sərgisində ilk dəfə təmsil olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info