Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” birgə müsabiqəsinin nəticələrini açıqlayıb
Tarix: 09.11.2013 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” birgə müsabiqəsinin nəticələrini açıqlayıb. Elmin İnkişafı Fondunun icraçı direksiyasından qəzetimizə verilən məlumata görə, direksiyada bu məqsədlə keçirilən tədbirdə ABŞ-da yerləşən “Qarabağ Fondu”nun icraçı direktoru xanım Diana Kohen Altman da iştirak edib. Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” müsabiqələrindən birinin “Qarabağ Fondu” ilə keçirilməsi barədə də razılığa gəlib. Əvvəlki iki müsabiqə üzrə yerinə yetirilən layihələr üzrə maraqlı nəticələrin ABŞ-da “Qarabağ Fondu”nun dəstəyi ilə təqdim və təbliğ olunması ilə məsələsi də razılaşdırılıb. Fond 2-ci “Şuşa Qrantı” müsabiqəsini UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə 2013-cü il 10 may tarixində elan edərək keçirib. Müsabiqənin məqsədi bütövlükdə Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi-mədəni irsinin, memarlığının, arxeologiyasının, iqtisadiyyatının, fauna və florasının, təbii sərvətlərinin, mədəniyyət tarixinin, etnoqrafiyasının, ədəbiyyatşünaslıq, dilçilik, sənətşünaslıq, incəsənət sahələrinin, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin, Xocalı soyqırımının tədqiqi və bu barədə həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsidir. Müsabiqə çərçivəsində təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrində fundamental-tətbiqi xarakterli elmi-tədqiqat proqram və layihələrinin dəstəklənməsi nəzərdə tutulub. Təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsi müəyyənləşdirilib, layihələrin elmi səviyyəsi, onların yerinə yetirilməsi imkanları və potensialı, gözlənilən elmi nəticələri, mümkün tətbiq ehtimalı üzrə qiymətləndirilib. 2013-cü ildə elan olunaraq keçirilmiş 2-ci “Şuşa Qrantı” birgə müsabiqəsi çərçivəsində 10 qalib layihə müəyyənləşdirilib. Qalib layihələrin maliyyələşdirilməsi məqsədilə Elmin İnkişafı Fondu tərəfindən 300000 manat həcmində qrant ayrılıb. Nəticələr noyabrın 7-də açıqlanıb.
2-ci “Şuşa Qrantı” müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Folklor, Memarlıq və İncəsənət, Əlyazmalar, Arxeologiya və Etnoqrafiya, Geologiya İnstitutlarında, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda , ATU, BDU, DİA, AzİMU-da yerinə yetiriləcək. İcraçılar sırasında Bakı Avrasiya Universitetinin, “Sağlam nəsil” İctimai Birliyinin, “Stimul Azərbaycan” MMC-nin, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun alim və mütəxəssisləri də var.
Qeyd edək ki, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə Prezident yanında Elmin İnkişafı Fondu 2012-ci il 8 may tarixində “Şuşa Qrantı”nı təsis edib. 1-ci “Şuşa Qrantı” müsabiqәsi 2012-ci ildә elan edilәrәk keçirilib vә qalib layihәlәr müәyyәnlәşdirilib. 1-ci müsabiqәnin nәticәlәri üzrә yerinә yetirilәn 4 layihәdәn 2-si beynәlxalq xarakterli olmaqla Almaniya vә Ukraynalı alimlәrlә birlikdә uğurla yerinә yetirilir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info