“Çingiz Aytmatov və müasir türk dünyası” simpoziumunda Azərbaycan təmsil olunub
Tarix: 14.11.2013 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


«Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər
bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir»
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri


Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində görkəmli yazıçı və böyük ictimai xadim Çingiz Aytmatovun anadan olmasının 85 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib. Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən sammitinin qərarları əsasında formalaşan Türk Akademiyasının təşkil etdiyi «Çingiz Aytmatov və müasir türk dünyası» mövzusuna həsr olunan simpoziumda Azərbaycan Respublikasını Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli təmsil edib. Beynəlxalq elmi konfransı giriş sözü ilə açan Türk Akademiyasının prezidenti, akademik Şakir İbrayev Çingiz Aytmatovun dünya ədəbiyyatı qarşısındakı xidmətlərindən və əsərlərindəki geniş müasirlik imkanlarından söz açıb. Qazaxıstan parlamentinin deputatı, Qazaxıstan Yazıçılar İttifaqının sədri Nurlan Orazalin ölkə rəhbərliyi adından beynəlxalq elmi konfransın əhəmiyyətini qeyd edib, Çingiz Aytmatovun türk dünyası ədəbi-ictimai fikrinin inkişafındakı roluna yüksək qiymətləndirib.
Qırğızıstan EA-nın vitse-prezidenti, akademik Abdıldajan Akmataliyev dünya şöhrətli yazıçının həyatı və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin «Ədəbiyyatda millilik və bəşəriliyin vəhdətinin Çingiz Aytmatov modeli» mövzusundakı məruzəsində görkəmli yazıçının sənət qüdrətinin özünəməxsusluqları şərh olunub. Məruzədə həmçinin «Çingiz Aytmatov və Azərbaycan» mövzusundan ətraflı danışılıb. Akademik İ.Həbibbəyli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük söz ustadının yaradıcılığı haqqındakı «dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir» kimi yüksək qiymət simpozium iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı Çingiz Aytmatovu 26 fevral 2008-ci ildə «Dostluq» ordeni ilə təltif etməsi ölkəmizdə qüdrətli sənətkara dövlət səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. Çingiz Aytmatovun Azərbaycandan M.F.Axundov, C.Məmmədquluzadə, S.Vurğun, R.Rza, T.Salahov, T.Nərimanbəyov, B.Vahabzadə, Anar və başqalarının sənətinə dair fikirləri, həmçinin Azərbaycan ədəbi-ictimai fikrinin tanınmış nümayəndələrinin dünya şöhrətli qırğız yazıçısı barəsindəki mülahizələri və araşdırmaları ədəbi-mədəni əlaqələrin əhəmiyyətli səhifələri səviyyəsində dəyərləndirilib.
Beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyası, Tatarıstan Respublikası və başqa ölkələrin tanınmış alimlərinin məruzələri dinlənilib. Türk dünyasının tanınmış elm adamlarından Muxtar Şaxanov (Astana), Gülay Mirzəoğlu (Türkiyə), Nəsimxan Rəhmanov (Daşkənd), Xatib Minnequlov (Kazan), Vəlixan Kalicanov (Almatı), Aynurə Kıdırmambetova (Bişkek), Serik Kirabayev (Astana), Ramiz Əsgər (Bakı), Mahtumkulu Akmuradov (Aşqabad) və başqaları ümumən dünyada və xüsusən də türk dünyasında Çingiz Aytmatov yaradıcılığının yeri, əhəmiyyəti və təsir dairəsi mövzuları ətrafında fikir və mülahizələrini bildiriblər.
Bundan başqa, beynəlxalq simpozium çərçivəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə Türk Akademiyası arasında qarşılıqlı əlaqələrə dair protokol imzalanıb. Çoxcəhətli əlaqələrə imkan yaradan əməkdaşlıq protokolunda Qazaxıstanda Azərbaycan mühacirət ədəbiyyatının və diaspor nümayəndələrinin bədii irsinin öyrənilməsi, ortaq ədəbiyyat dərsliyinin yaradılması məsələləri də öz əksini tapıb. Qarşılıqlı əməkdaşlıq protokolunu Azərbaycan tərəfdən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Türk Akademiyası tərəfdən isə həmin qurumun rəhbəri, akademik Şakir İbrayev imzalayıblar.

Günəş




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info