“Tələbə həftəsi”nə həsr olunmuş intellektual oyun
Tarix: 14.11.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


“Tələbə həftəsi” Naxçıvan Dövlət Universitetində maraqlı və yaddaqalan silsilə tədbirlərlə qeyd olunur. Həftə ərzində təşkil olunan viktorina, idman yarışları, milli filmlərin nümayişi, konfranslar tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensiallarının üzə çıxarılması baxımından əhəmiyyət
kəsb edir.

Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilən fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual oyunu isə bu cəhətdən xüsusi maraq doğurur. Yarışdan öncə universitetin rektoru, professor Saleh Məhərrəmov tələbələri salamlayaraq Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında tələbə gənclərə göstərilən diqqət və qayğıdan, ölkənin sağlam gələcəyini təmin etmək məqsədilə insan kapitalına, intellektual potensiala külli miqdarda dövlət sərmayəsi qoyulmasından bəhs edib. Rektor tələbələrə uğurlar arzu edərək oyunun obyektiv və şəffaf keçiriləcəyinə əminliyini vurğulayıb. ATGTİ-nin sədr müavini, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış edərək 17 noyabr Beynəlxalq Tələbə Gününün 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edildiyini, ölkəmizdə də bu günün ənənəvi şəkildə qeyd edildiyini bildirib. Arzu Abdullyev tələbələrə bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyi, gələcəyin ixtisaslı mütəxəssisləri və ziyalıları kimi fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyi arzulayıb. İntellektual oyunun gedişi və qaydaları haqqında ətraflı məlumat verildikdən sonra oyuna start verilib. 4 könüllü komanda da daxil olmaqla 14 komanda arasında gərgin intellektual mübarizə olub. 3 mərhələdən ibarət oyunda Sosial idarəetmə fakültəsinin “Naxçıvan” komandası birinci yerin qalibi olub. Yığma komanda olan “G-6” və Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “Zismures” komandaları isə ikinci və üçüncü yerləri paylaşıblar. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, birinci və ikinci yerlərə sahiblənən qalib komandalar “Nə? Harada? Nə zaman?” intellektual oyununun Bakı şəhərində keçiriləcək final mərhələsində universiteti təmsil edəcəklər.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
12.09.2019
Sosial mənzillərin növbəti satış tarixi məlum oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info