İsveçrə səfiri Naxçıvanda
Tarix: 14.11.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Abişer ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Ali Məclisin Sədri Vasif Talıbov səfir Paskal Abişeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək deyib ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin əsası 1992-ci ildə qoyulub. Bu gün ikitərəfli münasibətlər müxtəlif sahələr üzrə inkişaf etdirilir. Hər iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiya, eləcə də parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən 2001-2011-ci illərdə muxtar respublikada kəhrizlərin bərpası layihəsinin icra olunduğunu bildirmiş, bu zaman bir sıra görüşlərin keçirildiyini xatırladıb. Ali Məclisin Sədri əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, səfirə işlərində uğurlar arzulayıb. Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Paskal Abişer Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətənində - Naxçıvanda ilk dəfə olduğunu və muxtar respublikada əldə edilən inkişafın məmnunluq doğurduğunu qeyd edib. Səfir Azərbaycan-İsveçrə əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırmış, diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını bildirib. Görüşdə əməkdaşlığın müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaq üç günlük səfəri müddətində Naxçıvan Muxtar Respublikasının təhsil və istehsal müəssisələri, qədim tarixi abidələri, görməli yerləri və turizm potensialı ilə tanış olacaq, bir sıra görüşlər keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info