Gürcüstan Ermənistanı ölkəyə zəhərli kartof ixracında ittiham edib
Tarix: 14.11.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər xidməti Ermənistanı ölkəyə zəhərli kartof ixrac etməkdə ittiham edib. Bu barədə Gəlirlər xidmətinin yaydığı bəyanatda deyilir. Bəyanatda bildirildiyinə görə, laboratoriya araşdırmaları təsdiq edir ki, zəhərli kartof Gürcüstana məhz Ermənistandan gətirilib.
Məlumata görə, zəhərli kartof yükü 27-31 oktyabr tarixlərində "Sadaxlo", "Qequti" və "Ninotsminda" gömrük-buraxılış məntəqələrində aşkar edilib: "Qeyd edirik ki, bu buraxılış məntəqələrindən digər ölkələrdən kartof ixracı həyata keçirilmirdi. Buna görə də Ermənistan tərəfinin zəhərli kartof yükü ixrac etmədiyinə dair bəyanatı həqiqətəuyğun deyil". Qeyd edək ki, noyabrın əvvəlində Gürcüstan tərəfi 50 ton kartofu Ermənistan qaytarmışdı. Buna səbəb həmin məhsulun tərkibində "kartof xərçəngi"nin aşkar edilməsi olmuşdu. Ermənistanın fitosanitar idarəsinin rəhbəri Artur Nikoyan bildirib ki, Gürcüstana göndərilən kartoflar zəhərli deyil və İrəvanda aparılan yoxlamalar da bunu təsdiqləyir. Amma gürcü tərəfi ermənilərin bu yalınını ifşa edib. Çünki xəstəlik mənbəyi olan kartofların tapıldığı məntəqələrdəki ancaq Ermənistandan gələn yüklər olub.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info