Putinlə Əsəd arasında telefon danışığı olub
Tarix: 14.11.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin “Cenevrə-2” beynəlxalq konfransına hazırlıq və Suriyada kimyəvi silahların ləğvi məsələsini müzakirə etmək üçün Suriya prezidenti Bəşər Əsədlə telefon əlaqəsi saxlayıb.
“İTAR-TASS” agentliyinin məlumatına görə, V. Putin Bəşər Əsədin bu konfransa nümayəndə heyəti göndərməyə hazır olmasını müsbət qiymətləndirib. Telefon danışığı zamanı Suriyada müxalif qüvvələrin əsas qruplarının konstruktiv yanaşma ortaya qoyacağına və konfransda iştirak edəcəyinə ümid ifadə olunub. Rusiya prezidenti kimyəvi silah ehtiyatlarının ləğvi üzrə Suriya hakimiyyətinin BMT missiyası ilə qarşılıqlı fəaliyyətindən razılığını bildirib. Tərəflər diqqəti daha çox Suriyadakı humanitar vəziyyətə yönəldiblər. V. Putin Suriyada ekstremistlərin məqsədli olaraq xristianlara və digər dini azlıqlara yönəlik hücumlarından narahatlığını ifadə edib.
Bəşər Əsəd isə Rusiya rəhbərliyinə Suriya xalqına verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, ikitərəfli əlaqələrin bundan sonra da inkişafında maraqlı olduqlarını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info