“Azərbaycan müstəqillik dövründə böyük nailiyyətlər əldə edib”
Tarix: 14.11.2013 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqtonda yerləşən və mədəniyyətlərarası dialoqun təşviqini dəstəkləyən Rumi Forumu ilə birgə “Azərbaycan - inkişaf etməkdə olan regional güc: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə bir sıra tanınmış analitik mərkəzlərin nümayəndələri və nüfuzlu ekspertlər iştirak ediblər. Forumun direktoru Əmrə Çelik forumun fəaliyyətindən və rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığından söz açıb. Sonra çıxış edən səfir Elin Süleymanov mövzunun vacibliyini qeyd edərək Azərbaycanın regionda liderə və uğurlu inkişafın nümunəsinə çevrildiyini söyləyib və ölkənin dünya miqyasında artan rolu barədə danışıb. O bildirib ki, Azərbaycan daim öz tərəfdaşlarına sadiqdir və qarşılıqlı olaraq onlardan eyni münasibət gözləyir. Tədbirdə moderator qismində çıxış edən ABŞ-dakı Yaxın Şərq İnstitutunun eksperti, 31 oktyabr-1 noyabrda Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmiş Aleks Vatanka Azərbaycanın müstəqillik dövründə böyük nailiyyətlər əldə etdiyini deyib. Amerikalı ekspert ölkənin bütün sahələrdə gözəçarpan dərəcədə inkişafını qeyd edərək, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi və tolerant dövlət olduğunu vurğulayıb. O, Azərbaycanın bir çox müsəlman dövlətləri üçün bu baxımdan nümunə ola biləcəyini ifadə edərək, amerikalı siyasətçiləri Bakının regiondakı artan roluna və apardığı siyasətə daha çox diqqət yetirməyə çağırıb. Bundan sonra iştirakçılar arasında regionda gedən mühüm proseslər və Azərbaycanın rolu barədə fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən ABŞ-ın ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri Keri Kavano Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesindən və həmsədr olduğu dövrdə şəxsi təcrübəsindən söz açıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info