Uşaq bağçaları çatışmır
Tarix: 14.11.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Dünən parlamentdə “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirələri başladı.

Deputat Hadı Rəcəbli bildirdi ki, gələn il üçün yaşayış minimumu haqqında qanun layihəsinə əsasən, ölkə üzrə bu göstəricinin cari ildəki 116 manatdan 125 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 125 manatdan 136 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 93 manat və 94 manatdan 103 manatadək artırılması nəzərdə tutulub: “2014-cü il üçün ehtiyac meyarının səviyyəsi haqqında» qanun layihəsi ünvanlı sosial yardımın təyinatı üçün bu meyarın cari ildəki 93 manatdan 100 manatadək artırılmasını nəzərdə tutur. Gələn il dövlət büdcəsinin sosialyönümlü xərcləri bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 5,9% və ya 298,9 mln. manat artım, həmçinin 2012-ci ilin faktiki göstəriciləri ilə müqayisədə 12,6% və 597,1 mln. manat artım ilə 5,337 mlrd. manat səviyyəsində proqnozlaşdırılır”.
O da qeyd edildi ki, sosialyönümlü xərclərin 15,1%-i və ya 3,034 mlrd. manatı əməkhaqları, 9,1%-i və ya 1,820 mlrd. manatı pensiya və sosial müavinətlər, 1,5%-i və ya 305,3 mln. manatı ərzaq məhsullarının alınması, 0,9%-i və ya 176,9 mln. manatı isə dərman vəsaitlərinin alınmasına sərf olunacaq.

DSMF-in gəlirləri 11 faiz artacaq

İclasda “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı DSMF sədrinin müavini Elman Mehdiyev bildirdi ki, DSMF-in 2014-cü ildə gəlirlərinin ötən illə müqayisədə 11 faiz artacağı proqnozlaşdırılır: “Fondun 2014-cü il üçün gəlirləri 2 928 mln. manat həcmində nəzərdə tutulub. Gəlirlərin 60,8%-ni və ya 1 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9% artım deməkdir.
Gələn il isə büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat təşkil edəcək.
DSMF sədrinin müavini onu da diqqətə çatdırdı ki, DSMF 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır: “Gələn il üçün Fondun gəlirləri ümumilikdə 2,928 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisini 11,2% üstələyir. Gələn il dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfertlərin həcminin azaldılması planlaşdırılır. DSMF-nin ümumi gəlirləri strukturunda dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 38,9% təşkil edir ki, bu da 2013-cü ilin göstəricisindən 2 faiz bəndi aşağıdır”.

Uşaq bağçaları ilə əlaqədar xüsusi dövlət proqramının qəbul
edilməsi təklif edildi


İclasda millət vəkili Aydın Mirzəzadə bildirdi ki, ölkənin müxtəlif bölgələrində, həmçinin Bakı şəhərində uşaq bağçalarının sayında çatışmazlıq müşahidə olunur: “Təhsil Nazirliyi bununla bağlı ayrıca dövlət proqramı hazırlasın və ölkədə mövcud olan bağça çatışmazlığı problemi aradan qaldırılsın. Bu gün bölgələrdə və paytaxtda uşaq bağçalarının çatışmazlığı yaşanır. Mən yerlərdən çoxlu sayda müraciətlər alıram. Ona görə yaxşı olardı ki, bununla bağlı müəyyən dövlət proqramı hazırlansın və qəbul edilsin. Eyni zamanda, mənzil-kommunal təsərrüfatlarının problemlərinin həlli ilə bağlı addımların atılmasına böyük ehtiyac var”.
A.Mirzəzadə onu da diqqətə çatdırdı ki, ölkədə sahibkarlığın inkişafına ayrılan vəsait artırılmalıdır: “Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu il sahibkarlara 150 mln. manat vəsait verilib. Bu çox gözəl addımdır. Amma çox təəssüf ki, bu vəsaitlərdən bütün sahibkarlar istifadə edə bilmir. Çünki bu vəsait çox azdır. Xahiş edərdim ki, bu vəsait artırılsın və digər sahibkarlar da bu vəsaitdən istifadə edə bilsinlər”.
Bununla da 2014-cü ilin dövlət büdcəsi və büdcə paketinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdırılıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info