Azərbaycan Çin beynəlxalq qida sərgisində təmsil olunub
Tarix: 15.11.2013 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


Çinin Xunan vilayətinin paytaxtı Çanşa şəhərində 7-ci Çin beynəlxalq qida sərgisi keçirilib.
“Yaşıl, təhlükəsizlik, inkişaf” devizi altında keçirilmiş illik sərgidə Çin ilə yanaşı, Avropa və Asiyanın bir çox ölkəsinin dövlət qurumlarından və özəl sektordan 600-ə yaxın təmsilçi iştirak edib. Azərbaycan bu sərgidə ölkəmizin Çindəki səfirliyi ilə təmsil olunub.
Yetmiş mindən çox ziyarətçinin baş çəkdiyi sərginin 22 min kvadratmetrlik ekspozisiya sahəsində ərzaq, kənd təsərrüfatı məhsulları, tütün məmulatları, uşaq qidaları, qablaşdırma texnikası və s. nümayiş olunub.
Sərginin açılış mərasimində Çin Kommersiya Nazirliyinin və Xunan vilayətinin rəsmi şəxsləri çıxış ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Pekindəki səfirliyinin müşaviri Mətin Mirzə sərginin ölkəmizi Çinin Xunan vilayətinə, Xunan vilayətinin isə Azərbaycana tanıtmaq üçün yaxşı zəmin olduğunu diqqətə çatdırıb.
Diplomat son illər Azərbaycanın dinamik inkişafı, qazanılmış uğurlar, həyata keçirilən irimiqyaslı layihələr, makroiqtisadi göstəricilər, infrastrukturun yenilənməsi barədə danışmış, enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsinin, o cümlədən kənd təsərrüfatının inkişafını faktlarla əsaslandırıb. Bildirib ki, son 10 ildə ölkədə müxtəlif sahələrə 150 milyard ABŞ dollarından çox sərmayə qoyulub, regionların sosial-iqtisadi inkişafına yönələn tədbirlər nəticəsində 1,2 milyon yeni iş yeri açılıb. Bu da öz növbəsində əhalinin sosial rifah halının yaxşılaşmasına mühüm təsir göstərib.
Azərbaycanın beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıran M.Mirzə bildirib ki, yüzlərlə xarici şirkət ölkəmizdəki əlverişli biznes mühitindən yararlanır.
Diplomat Azərbaycanda da bu cür sərgi və konfransların mütəmadi keçirildiyini bildirərək, hər ilin mayında paytaxtımızda təşkil edilən beynəlxalq qida sənayesi sərgisində Çin şirkətlərinin, habelə Çində anoloji tədbirlərdə Azərbaycan şirkətlərinin iştirakının hər iki tərəf üçün faydalı olacağına inamını ifadə edib.
Azərbaycanlı diplomatın Xunan vilayəti Kommersiya Departamenti baş direktorunun müavini Gou Çuan ilə görüşündə ölkələrimiz arasında əlaqələrin müvafiq sahələrdə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə səfəri müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan ilə Çin arasında əlaqələrin yaranmasında bünövrə rolunu oynayıb. Prezident İlham Əliyevin 2005-ci və 2008-ci illərdə Çinə səfərləri bu münasibətlərin möhkəmlənməsinə müsbət təsirini göstərib.
Görüşdə qarşı tərəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ümumilikdə bölgənin inkişafına mənfi təsiri barədə məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info