Azərbaycan ilə Kanada arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Tarix: 15.11.2013 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev bu ölkənin Saskaçevan əyalətinin inzibati mərkəzi olan Recayna şəhərinə işgüzar səfər edib.
Səfirlikdən bildiriblər ki, səfərin məqsədi Azərbaycan ilə Saskaçevan əyaləti arasında iqtisadi-ticarət əlaqələrinin, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf imkanlarının araşdırılması olub.
F.Şəfiyev Saskaçevan əyalətinin qubernatoru xanım Von Solomon Skofild, əyalət katibi Ueyn Elhard və kənd təsərrüfatı naziri Layl Stüart, eləcə də əyalətin Brandt Şirkətlər Qrupu, Viterra şirkəti və Saskaçevan Ticarət və İxrac Tərəfdaşlığı Təşkilatının rəhbər işçiləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə Azərbaycanın Kanada ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu diqqətə çatdırılıb, hər iki ölkənin regionları arasında birbaşa əlaqələrin qurulmasının dövlətlərarası qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Səfir Recaynada hər il keçirilən “Agribition” kənd təsərrüfatı sərgisini ziyarət edib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Tükənməyən bəhanələr
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mitinqlə bağlı məlumat yayıb
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info