Vaşinqtonda Azərbaycanın inkişafı və regiondakı rolunun vacibliyi müzakirə edilib
Tarix: 15.11.2013 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Noyabrın 14-də Azərbaycanın ABŞ-dakı səfirliyində Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupu ilə görüş keçirilib.
Görüşdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın dövlətçilik ənənələrindən, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlamentin, qadınlara seçki hüququnun verilməsindən danışıb. Müstəqilliyinin bərpasından keçən 22 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da gücləndiyini bildirən səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin buna bariz nümunə olduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycan çox uğurlu enerji diplomatiyası həyata keçirir. E.Süleymanov ölkəmizin etibarlı müttəfiq kimi xarakterizə edilməsində ölkə rəhbərliyinin götürdüyü öhdəliklərə sadiqliyinin əsas rol oynadığını vurğulayıb və hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində məlumat verib.
Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət istiqamətlərinin formalaşmasında həlledici amil olduğunu vurğulayan səfir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş praqmatik xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstanla nümunəvi münasibətləri var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional inteqrasiya üçün əsas maneədir. Münaqişənin ədalətli həlli və fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər barəsində məlumat verilib.
Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq üçün əlverişli platforma olduğunu bildirən səfir ölkəmizdə tarixən formalaşmış milli və etnik azlıqlar arasında dost münasibətlərdən və tolerantlığın xalqımızın fəxr ediləsi cəhətlərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, 2004-cü ildə təsis edilmiş Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupunun London və Brüsseldə də ofisləri fəaliyyət göstərir.
Qrupun üzvləri sırasına ABŞ-ın müxtəlif dövlət orqanlarında, eləcə də konqresmenlərin ofislərində çalışan gənclər daxildir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info