Bakıda MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransı keçirilir
Tarix: 15.11.2013 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Noyabrın 15-də MDB-nin Maliyyə-Bank Şurası Azərbaycan Beynəlxalq Bankının, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransı işinə başlayıb.
Konfransın “MDB-nin maliyyə bazarları Birlik məkanında iqtisadi inteqrasiyanın əsasıdır” mövzusuna həsr olunub.
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Bakı konfransının MDB məkanında maliyyə-bank təşkilatları arasında əməkdaşlığa, eləcə də iqtisadi əlaqələrin möhkəmlənməsinə təkan verəcəyini deyib. Qeyd edib ki, MDB məkanında iqtisadi əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Bakı konfransı Birlik dövlətlərinin və uzaq xarici ölkələrin ən iri maliyyə, bank və investisiya təsisatlarının rəhbərlərini bir yerə toplayır. Bugünkü konfransda aktual məsələlərin müzakirə olunacağını diqqətə çatdıran C.Hacıyev tədbirin əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini deyıb. Bildirilib ki, maliyyə və iqtisadi böhran şəraitində inteqrasiya və müxtəlif layihələrin həyata keçirilməsi, problemlərin geniş müzakirəsi vacib məsələlərdəndir.
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov çıxış edərək böhranla bağlı tənzimləyici orqanların rolundan danışıb. Məlumat verib ki, AMB-ın gördüyü lazımi tədbirlər nəticəsində milli bank sektorunda ciddi gərginlik baş verməmiş və hazırda sektorda davamlı artım müşahidə olunmaqda. Belə ki, böhran və post-böhran dövründə bank aktivlərinin orta illik artım tempi 16 faiz olub, məcmu kredit portfeli 20 faiz artmışdır. Azərbaycan bank sektorunda böhran dövründə depozitlərin artımı baş verib. Hazırda dünyada tənzimləyici orqanlar tərəfindən maliyyə-bank sektoru ilə işin qurulması prinsiplərinin dəyişməsi zəruridir və AMB artıq banklarla işini qabaqlayıcı tədbirlər əsasında qurur.
Goldman Sachs İnternational Advisers şirkətinin sədri Robert Zelik qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən ölkələrdəndir. Hazırda bütün ölkələr qlobal çağırışlarla üz-üzədir. Hazırkı dövrdə ötən əsrin 80-90-cı illərindəki böhran gözlənilmir, bu da həm bank, həm də maliyyə sistemlərinin daha müasir texnologiyalardan istifadə etməsi ilə izah olunur.
Konfransda dünya maliyyə sisteminin qloballaşması şəraitində MDB-yə üzv dövlətlərin bank sistemlərinin fəaliyyəti məsələləri, pərakəndə bank xidmətləri bazarının inkişaf xüsusiyyətləri, regional, xüsusən də Xəzəryanı regionların inkişaf perspektivləri, MDB məkanında iqtisadi proqramlar, habelə digər aktual məsələlər müzakirə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info