İş dünyası yaxşı kadr istəyirsə, universitetlərlə sıx əməkdaşlıq etməlidir
Tarix: 15.11.2013 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən "Universitet-iş dünyası əlaqələri" mövzusunda dəyirmi masada 20 universitetdən prorektorlar, dekanlar, kafedra müdirləri, karyera planlama mərkəz müdirləri və mütəxəsisləri iştirak ediblər. Bu barədə Qafqaz Universitetindən qəzetimizə bildirilib. 3 saat davam edən dəyirmi masa, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniçin açılış nitqi ilə başlayıb. Qarşıya qoyulan məsələlərə münasibət bildirən dəyirmi masa iştirakçıları universitet-iş dünyası əlaqələrinin ali təhsil müəssisələrinin ən mühim məsələlərindən biri olduğunu söyləyiblər. Təklif ediblər ki, müvəffəqiyyətin əldə olunması üçün, universitetlər arasında, məlumat-təcrübə mübadiləsi, işbirliyi və əlaqələrin genişləndirilməsi zəruridir. Müzakirələrin sonunda qərara alınıb ki, bu məsələ çox aspektli yanaşmanı tələb etdiyindən universitetlər başda olmaqla, müəllimlərin, tələbələrin və valideynlərin, məzunların, eləcə də iş dünyasının üzərinə düşən vəzifələr var.
Universitetlərdə iş dünyası mərkəzləri təkmilləşdirilməli və qarşılıqlı iş birliyi və təcrübə mübadiləsi imkanları artırılmalıdır. Universitetlər özlərini abituriyentlərə elə tanıtdırmalıdırlar ki, məzun olanda hansı imkanlara malik ola biləcəklərini hələ tələbə olmadan bilsinlər. Universitetlərin texniki bazası qüvvətləndirilməli, laboratoriya imkanları artırılmalı, müəllim və tələbələrin daxili və xarici universitetlərlə mübadilə prosesi artırılmalıdır. Elə şərait yaradılmalıdır ki, tələbələr, universitet rəhbərliyi və müəllimləri ilə ünsiyyət qurmaqdan çəkinməməlidirlər.
İş dünyası daha yaxşı kadr istəyirsə, universitetlərlə daha çox əməkdaşlıq etməli, tələbələrə təcrübə sahəsində şərait yaratmalı, yaxşı oxuyan tələbələrə təqaüd programları üçün vəsait ayırmalı, magistr ve doktorantların dissertasiya işlərinin seçilməsi, araşdırmaların aparılması, təkmilləşdirilməsi proseslərinə daha çox qatılmalıdır.
Onu da qeyd edək ki, Qafqaz Universitetinin Pedaqoji fakültəsində Təhsil Problemləri İnstitutunun direktor müavini, kurrikulum mərkəzinin direktoru, fəlsəfə doktoru Ənvər Abasovun təqdimatında “Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində kurrikulum islahatının əsas istiqamətləri” mövzusunda seminar keçirilibr. Seminarda Pedaqoji fakültənin rəhbərliyi, müəllimlər və yuxarı kurs tələbələri iştirak edib. Maraqlı təqdimat fikir mübadiləsi və sualların cavablandırılması ılə bitib. Seminarın sonunda Pedaqoji fakültənin dekanı Erdal Karaman məruzəçi Ənvər Abasova maraqlı təqdimata görə minnətdarlığını bildirmiş və hədiyyə təqdim edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info