Lənkəran iqtisadi rayonunda 40 sahibkara 529,5 min manat güzəştli kredit verilib
Tarix: 15.11.2013 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir noyabrın 15-də Masallı rayonunun Ərkivan kəndində keçirilib. Tədbir çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 529,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
90-a yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Masallıda prioritet hesab olunan kiçik və ya orta həcmli çörək istehsalı, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının və tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Lənkəran iqtisadi rayonunda, o cümlədən Masallıda görülən işlər, nəzərdə tutulan tədbirlər, sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat veriblər.
Sonra çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3935 investisiya layihəsinin maliyyələşdirilməsinə 263,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1522 investisiya layihəsinin maliyyələşdirilməsinə 68 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 10 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Masallıda dövlətin güzəştli krediti ayrılmış mebel istehsalı müəssisəsinin, 3 ha ərazidə yaradılmış faraş tərəvəz məhsulları istehsal edən istixana təsərrüfatının fəaliyyətinə və 2 ha ərazidə yaradılmaqda olan istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info