Moskvada II Beynəlxalq Parlament Forumu keçirilir
Tarix: 15.11.2013 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Moskvada (Rusiya) II Beynəlxalq Parlament Forumu keçirilir. Forum Rusiya Federasiyası Konstitusiyasının 20 illiyinə həsr olunub.
Azərbaycanı forumda Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Forumun açılışında ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Rusiya Dövlət Duması, Xarici İşlər Nazirliyi və Rusiya Tarix Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin parlamentlərinin, beynəlxalq parlament təşkilatlarının üzvləri, ekspertlər və ictimai xadimlər iştirak edirlər. Forumun açılışında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon çıxış ediblər. Rusiya Dövlət Duması deputatlarının çıxışlarında dünya ölkələri parlamentləri arasında konstruktiv dialoqun və parlament demokratiyası ənənələrinin inkişafının vacibliyi vurğulanıb. Forum öz işini “Parlament, demokratik dəyərlər və ictimai rəy”, “Siyasi və seçki sistemlərinin inkişafı: xarici təcrübə” və digər bölmələrdə davam etdirib.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “Parlamentarizm və liberal azadlıqlar. İdeyaların formalaşmasının qanunauyğunluqları və demokratik cəmiyyətin formalaşması perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Forum çərçivəsində “Gənclər, parlamentarizm və Avrasiya inteqrasiyası” mövzusunda Beynəlxalq gənclər konfransı keçirilib. Ölkəmizi konfransda Rusiya Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev təmsil edib.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23.05.2019
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info