YAP-a yeni üzvlər qəbul olunub
Tarix: 15.11.2013 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yaranan partiyadır. Tarix boyu azad, müstəqil olmaq arzusu ilə yaşayan xalqımız 1991-ci ilin oktyabrında bu istəyinə nail olsa da, müstəqilliyimizin ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi maraqlarını xalqın, dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi bu sevincə kölgə salıb. Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsinin yaranması, digər tərəfdən silahlı qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsinin, həmin dövrün iqtidarının dövlətin mənafeyini arxa plana keçirməsinin nəticəsi olaraq ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğalı xalqın sabaha ümidini itirməsinə səbəb olmuşdu. Belə bir çətin dövrdə xalq üzünü Naxçıvana-öz xilaskarına tutdu. Obyektiv səbəblərdən partiyanın təsis konfransı Bakıda deyil, Naxçıvanda keçirildi. Rektor çıxışında qeyd edib ki, 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında ulu öndər Heydər Əliyev YAP-ın sədri seçildi. Bununla da ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olundu. Bu təşkilatlar isə özlərində onlarla ərazi ilk partiya təşkilatlarını birləşdirir. Partiyanın yarandığı gündən ümumxalq partiyasına çevrilməsi onun gücünü, nüfuzunu daha da artırır. YAP fakültə təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədovun “YAP: yaranma səbəbləri və keçdiyi yol”, Müalicə işi ixtisası üzrə II kurs tələbəsi Zəhra Qənbərovanın “Heydər Əliyev və dövlətçilik strategiyası” mövzusunda məruzəsi dinlənilib. Məruzələrdə bildirilib ki, böyük sınaqlardan çıxmış Yeni Azərbaycan Partiyası 21 il ərzində inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib. Sonda YAP sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info