“ABŞ Almaniyada gizli savaş aparır”
Tarix: 15.11.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


“Alman ərazilərindən əvvəllər də Afrikada pilotsuz təyyarələrin tətbiqinə nəzarət olunub, indi də olunur, oğurluqlar təşkil olunur, işgəncə həbsxanaları yaradılması ilə bağlı planlar qurulur”

“Süddeutsche Zeitung nəşri “Norddeutscher Rundfunk” (NDR) teleşirkəti ilə birlikdə ABŞ-ın Almaniyada reallaşdırdığı gizli əməliyyatlarla bağlı materialları açıqlamağa başlayır. Nəşr bu əməliyyatları iki ölkə arasında “çirkli əməkdaşlıq” adlandırıb.

Bu barədə jurnalist araşdırması 20-dən az olmayan tədqiqatçıların gücü ilə bir ildən çox davam edib. “Onlar “amerikan gizli bazaları və dispetçer punktlarını, agentləri və eləcə də onların qurbanlarını axtarıblar”. Bu barədə Bastian Brinkman və Frederik Obermayer tərəfindən adıçəkilən nəşrdə yazılmış məqalədə deyilir.
Amerikan agentləri xüsusən də internetdə çoxlu izlər qoyurlar. O cümlədən də dövlət müqavilələrinə əsaslanan 3 min dollardan artıq ödəmələrə aid informasiyalar, satınalmalarla bağlı xəbər verən amerikan federal sisteminin saytında bu baxımdan çoxlu izlər buraxılır. Bu verilənlər bazasında Almaniyaya aid olan 257910 qeyd var.
Əgər daxili şifrələri bilsən, onunla bir sıra təfərrüatlardan xəbər tutmaq olar: Məsələn, agentlər yeni kompyuterlər alıblar(Optiplex 790 modelindən Dell modelinə qədər), onlara 140 min dollara başa gələn havanı kondisionerləşdirmə sistemi qoşublar”.
Daha sonra nəşr ABŞ bazalarını necə izləməklə bağlı fəndlərdən danışır: “Şəklini çəkmək? Yasaqdır. Kiçik pilotsuz təyyarə göndərib ərazini videoya çəkmək? Polis buna görə dərhal vertolyot göndərir. Kim ki, ABŞ-ın Almaniyadakı ordu və kəşfiyyat bazalarında nə olduğunu, əslində nələrin baş verdiyini görmək istəyir, ora elə-belə göz gəzdirə bilməz.
Almaniyadakı amerikan bazalarında elə şeylər baş verir ki, almanlar da bunu bilməli idilər: alman ərazilərindən əvvəllər də Afrikada pilotsuz təyyarələrin tətbiqinə nəzarət olunub, indi də olunur, oğurluqlar təşkil olunur, işgəncə həbsxanaları yaradılması ilə bağlı planlar qurulur”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info