Müharibə Suriyanın neft sektoruna 17,7 milyard dollar ziyan vurub
Tarix: 15.11.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Suriyada hökumət qüvvələri Dəməşq ətrafında müxaliflərin nəzarətində olan daha bir qəsəbəni ələ keçiriblər. “Əl-Cəzirə” kanalının məlumatına görə, müxalifət silahlıları isə Quneytra şəhəri yaxınlığında hökumət qüvvələrinə məxsus hərbi hissəni nəzarətə götürüblər.
Eyni zamanda Hələbdə tərəflər arasında gərgin qarşıdurmalar qeydə alınıb. Burada hökumət qüvvələrinin 60 əsgərini itirdiyi bildirilir. Bundan əlavə, Dəməşqdə 3 avtomobilin partladılması nəticəsində onlarla hərbçi həyatını itirib. Rəsmi statistikaya görə, Suriya münaqişəsi ölkənin neft sektoruna 17,7 milyard dollar ziyan vurub. Münaqişədən əvvəlki dövrlə müqayisədə bu ilin birinci yarısında neft istehsalı 90 faiz geriləyib. Əgər 2011-ci ilin martınadək gündəlik hasilat 380 min barel idisə, hazırda bu rəqəm 39 min barelə enib. Hökumət bunu neft yataqlarının olduğu ərazilərdə təhlükəsizliyin təmin olunmaması, yanğınlar törədilməsi, həmçinin Avropa dövlətləri və ABŞ-ın Suriya neftinə sanksiyası ilə əlaqələndirir.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18.06.2019
Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər
17.06.2019
İran xəbərdarlıq etdi
17.06.2019
Türkiyə Sərracın təklifinə dəstəyini bildirdi
17.06.2019
Tramp London meri Sadıq Xanı tənqid edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info