“Avropa Birliyi ilə razılaşmanın imzalanmasını təxirə salmaq olmaz”
Tarix: 15.11.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Ukrayna XİN rəhbəri Leonid Kojara Avropa Birliyi ilə assosiasiya haqqında müqavilənin imzalanmasının təxirə salınmasını mümkünsüz sayır.
Ukraynalı sənayeçilər və sahibkarlar noyabrın 12-də prezident Viktor Yanukoviçdən Avropa Birliyi ilə assosiasiya haqqında müqavilənin noyabrın sonuna planlaşdırılmış imzalanmasını bir il müddətinə təxirə salmağı xahiş ediblər.

“Assosiasiya haqqında müqavilə bir sıra konkret tədbirləri, konkret islahatları nəzərdə tutur. Əgər bu vaxtadək Ukraynada ümumi xarakterli islahatlar həyata keçirilirdisə, assosiasiya haqqında müqavilənin imzalanmasından sonra biz məhz Avropa modelli islahatlar keçirəcəyik”- deyə Kojara sahibkarların təklifini şərh edərkən vurğulayıb. Moldova parlamenti də ölkənin Avropa Birliyinə inteqrasiyasının dəstəklənməsi haqqında bəyanat qəbul edib. “İTAR-TASS”ın xəbərinə görə, sənədin qəbul olunmasının lehinə hakim “Avropapərəst idarəçiliyinin koalisiyası” və Liberallar Partiyasının deputatları səs verib. Kommunistlər və sosialistlər isə bu təşəbbüsü sərt tənqid atəşinə tutublar. “Moldovanın AB-yə qoşulması strateji vəzifə və geri dönməz prosesdir. Assosiasiya haqqında müqavilənin paraflanması və imzalanması istiqamətində hökumətin həyata keçirdiyi lazımi tədbirlər yekun məqsədə - Avropa Birliyinə qoşulmasına nail olunmağı təmin edəcək”- deyə parlament sədrinin müavini Adrey Kadru sənədi təqdim edərkən qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info