“Gənclər maarifləndirici layihələrə çox maraq göstərirlər”
Tarix: 16.11.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Zərifə Abbasova: “Dövlət tərəfindən gənclərə maksimal dərəcədə şərait yaradılıb”

Hazırda Azərbaycan gəncliyinə yaradılan şəraiti hər kəs görür. Dövlətin gənclər siyasətinin əsas prioritetləri gənclərə müəyyən imkanların açılmasını, azərbaycançılıq, dövlətçilik, milli dəyərlər fonunda Azərbaycan gənclərinin müxtəlif arenalarda özünü ifadə etməsini özündə əks etdirir. Artıq vətəndaş cəmiyyətində də gənclərin fəallığı müşahidə olunur. Gənclər nəinki fərdi, eyni zamanda QHT olaraq Azərbaycanın inkişafı istiqamətində ictimai-siyasi proseslərdə fəallıq göstərirlər. Elə “Gənclərin İnkişaf Mərkəzi” İctimai Birliyinin də məqsədi dövlətimiz üçün xeyirli işlər görməkdir. Mərkəzin sədri Zərifə Abbasova qəzetimizə müsahibəsində bu və digər məsələlərlə bağlı ətraflı danışdı.


-Dövlətin gənclərə olan diqqət və qayğısını necə qiymətləndirirsiz?
- Çox yüksək dərəcədə qiymətləndiririk. Məncə, dövlət tərəfindən gənclərə maksimal dərəcədə şərait yaradılıb. O cümlədən, gənclər sektorunda olan QHT-lərin fəaliyyəti üçün də biz bu imkanların genişliyini müşahidə edirik. Bu yaxınlarda ölkəmizdə muğam yarışması keçirildi. Burada iştirak edənlər də gənclərdir. Eyni zamanda gənc sahibkarlara da geniş imkanlar verilib. Əvvəllər belə şərait yox idi. Hər halda gənclərlə danışanda görünür ki, onlar dövlətdən necə razıdırlar.
-Bu gün gənclərimizin Prezidentə olan inamı nə dərəcədədir?
- Gənclərimizin Prezident İlham Əliyevə inamı yüksək dərəcədədir. Ona görə də gənclərimiz Prezidentin ətrafında çox sıx toplaşıblar. Hansı gəncə bu haqda sual versəniz, əksəriyyətin ikinci insan haqda heç bir düşüncə və fikrinin olmadığını bilərsiniz. Yəni mən başqası haqda danışan belə gənc görməmişəm. Əlbəttə ki, istənilən ölkədə problemlər var. Bizdə də var, amma Prezident maksimum dərəcədə bunları aradan qaldırır. Hər şey göz qabağındadır. Bunu görməmək mümkün deyil.
-Gənclərlə bağlı hansı layihələr həyata keçirirsiniz?
- Bizim təşkilatın xaricdə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bir neçə tədbiri olub. Amma ötən il qeydiyyatdan keçəndən sonra Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkomaniyaya qarşı mübarizə” layihəsini həyata keçirdik. Biz bu layihə çərçivəsində regionlarda maariflənmə apardıq. İndi də Prezident yanında Gənclər Fonunun dəstəyi ilə “Gənclər arasında yoluxucu xəstəliklərin profilaktikası” layihəsinin icrasına başlamışıq.
-Bu layihənin keçirilməsi hansı zərurətdən irəli gəldi?
- İnsan həyatda nə qədər özünə nəzarət etsə də xəstəliklərdən uzaq olmaq mümkün deyil. Xüsusən də yoluxucu xəstəliklərdən. İnsan hər an, bilmədən bu xəstəliklərə yoluxa bilər. Hazırda yoluxucu xəstəliklərə qarşı mübarizə gündəlik aparılmaqdadır. Bunun da bir yolu maarifləndirmədir. Biz də QHT olaraq bu mövzunu aktual bilərək seçdik.
-Layihə çərçivəsində hansı işlər görülür?
- Layihə Azərbaycanın 5 rayonunda keçiriləcək. Hələ ki, Xaçmazda tədbir keçirmişik. Qalıb Quba, İmişli, Yevlax və Bərdə rayonları. Burada da əsasən maarifləndirici treninqlər təşkil olunur. Bizimlə həkim ekspertlər olur. Onlar yoluxucu xəstəliklərlə bağlı gənclərə faydalı məsləhətlər verirlər.
-Region gəncləri sizin belə layihələri maraqla qarşılayırlarmı?
- Çox maraqla qarşılayırlar. O qədər fəallıq göstərirlər ki, düzü, mən belə olacağını gözləmirdim. Bundan əvvəlki layihəmizi keçirəndə uşaqlar bizdən xahiş edirdilər ki, yenə də gələk. Həm də bilmirdik ki, Neftçala kimi balaca rayonda hansısa məktəbdə o cür savadlı, ağıllı uşaqlar olar. Onlar elə sual və cavablar verirdilər ki, biz özümüz də məəttəl qalırdıq. Yəni gənclər belə maarifləndirici layihələrə çox maraq göstərirlər.
- Onlar nədənsə narahatçılıqlarını bildirirdilərmi?
- Elə bir narahatçılıq biz onlardan eşitmədik. Sadəcə, bizim indiki mövzu ilə bağlı həkimə çoxlu suallar verirdilər. Hətta biz tədbiri bitirdikdən sonra da həkimə yaxınlaşıb suallar verirdilər.
-Gələcəkdə bu və ya digər mövzularla bağlı hansı layihələr keçirmək fikriniz var?
- Qarşıda bizim istək və planlarımız böyükdür. Planlardan ən birincisi təşkilatı beynəlxalq səviyyədə tanıtmaqdır. Bundan başqa gələcəkdə yenə də gəncləri maarifləndirmə layihələri nəzərdə tutmuşuq. Öz maliyyəmiz olsa, istərdik ki, qocalarla da bağlı layihələr edək. Daha sonra planda var ki, uşaqların yaradıcılıqlarından ibarət sərgiləri keçirək. Həmçinin erkən nikahlarla bağlı layihə etməyi düşünürük. Çünki bəzi rayonlarda qızları 14-15 yaşında ərə verirlər. Bu da heç bir cəhətdən düzgün deyil.
-Azərbaycan gəncləri ölkədə vətəndaş cəmiyyəti quruculuğunda aktiv iştirak edirlərmi?
- Bu gün Azərbaycan gəncliyinin müxtəlif mərhələli inkişafını müşahidə edirik. 5, 10 il öncə gəncliyimizin müsbət istiqamətdə inkişafı sahəsində bir sıra addımlar atılıb. Cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclik cəmiyyətdə fəal, aktivdirsə, ictimai-siyasi proseslərə münasibətini bildirirsə, bu həmin cəmiyyətin, dövlətin uğuru deməkdir. Əgər cəmiyyətdə gənclər fəallıq nümayiş etdirirsə, bu o deməkdir ki, dövlətdə demokratik dəyərlər üstündür. Bu baxımdan, Azərbaycanda son illər bu halları müşahidə edirik.
-Bu gün gənclərin daha da aktiv olması üçün hansı işlərin görülməsinə ehtiyac var?
-Biz bir QHT olaraq dövlətimizin bizə yaratdığı imkanlardan istifadə etməklə layihələr həyata keçiririk. Bu layihələrimizin əksəriyyəti gənclərin maariflənməsinə, onların sosial məsələlərə həssas yanaşmasına yönəlib. Keçirdiyimiz layihələr gəncləri ictimai proseslərdə daha da fəal edir. Düşünürəm ki, gənclərin vətəndaş cəmiyyəti institutlarında fəaliyyətinin genişlənməsi onların aktivliyini daha da artıracaq.
Dövlətimizin bu istiqamətdə qəbul etdiyi dövlət proqramlarının tətbiqi gənclərin fəallığını daha da artıracaq. Və gənclərin də gördüyü işlərdən cəmiyyətimiz lazımi faydalanacaq. Çünki bütün hallarda bu işlərin hamısı cəmiyyətimiz üçün edilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info