Sona Vəliyeva: “Hüseyn Cavid məfkurəsi əbədidir”
Tarix: 16.11.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


"Hüseyn Cavid. Əsərləri" kitabının təqdimatı keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının təqdimatı keçirildi.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu, "Kaspi" qəzeti- Kaspi Təhsil Mərkəzinin və Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə keçirilirdi. Tədbirdə təşkilatçılarla yanaşı, millət vəkilləri, ictimaiyyət nümayəndələri, alimlər və KİV nümayəndələri də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli kitabın əhəmiyyətini vurğuladı. İ.Həbibbəyli H.Cavidin həyat və yaradıcılığından söhbət açaraq qeyd etdi ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan, romantizim ədəbi cərəyanın banisidir: "Etiraf etmək lazımdır ki, bu cərəyanın yaradıcısı və ən böyük sənətkarı Hüseyn Caviddir. Eyni zamanda, Hüseyn Cavid Azərbaycanda fəlsəfi ədəbiyyatın da böyük yaradıcılarından biridir".
Millət vəkili onu da əlavə etdi ki, Hüseyn Cavid Türkiyədə təhsil alıb və Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsini gətirən ilk adamdır: "Hüseyn Cavidin bir çox əsərləri çap olunub, ancaq bu gün təqdim edilən nəşr çox möhtəşəmdir". Kitabın ilk dəfə çap olunduğunu deyən İ.Həbibbəyli onu da diqqətə çatdırdı ki, bu kitab Hüseyn Cavidin əsas əsərlərini əhatə edir: "Bu kitab Hüseyn Cavidi Azərbaycan xalqına və dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bu nəşr Hüseyn Cavidin əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir. Bu kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində yeni bir mərhələ açılacaq. Nəşr Hüseyn Cavidin öyrənilməsi üçün mükəmməl mənbələrdən biridir".
Daha sonra çıxış edən filologiya elmləri doktoru, professor Kamran Əliyev qeyd etdi ki, bu nəşr fürsət verir ki, biz yenidən Hüseyn Cavidi araşdıraq: "Yazıçının əsərləri yenidən çap olunursa, o, yenidən doğulur. Bu nəşr Hüseyn Cavidin yenidən doğuluşudur".
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzetinin rəhbəri, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva kitabın əhəmiyyətini və türk dünyası üçün önəmini vurğuladı.
S.Vəliyeva bildirdi ki, bu gün Hüseyn Cavid yaradıcılığına qayıtmamaq mümkünsüzdür, çünki, Hüseyn Cavid Azərbaycan xalqının və bu gün dövlətimizin əsası olan türkçülük məfkurəsini işləyib: "Hüseyn Cavid məfkurəsi əbədidir, çünki o millətin dilini, mənəviyyatını, millətin məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini əbədi hesab etdi və yazdığı bütün əsərlərində türkçülük ideyasını əsas qoydu. Çünki, Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır".
S.Vəliyeva onu da diqqətə çatdırdı ki, bu gün Hüseyn Cavidin əsərlərini oxuduqdan sonra onun ilahi missiyalı bir insan olduğu aydın olur: "Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Hüseyn Cavidin İstanbula gəlməsi və təhsil alması onun dünyagörüşündə mühüm rol oynadı".
S.Vəliyeva daha sonra dedi ki, ulu öndər Heydər Əliyev Hüseyn Cavidə məqbərə ucaltdı və bu da ümummilli liderin Hüseyn Cavidə olan məhəbbətinin və ehtiramının göstəricisi idi: "Bu gün Hüseyn Cavid haqqında çox danışmaq olar, hətta danışmaqla bitməz. Bu kitabın Hüseyn Cavidin tədqiq edilməsində, onun dünyaya tanıdılmasında böyük rolu olacaq".
Tədbirdə çıxış edən digər iştirakçılar da Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında danışdılar və kitabın Hüseyin Cavid irsinin tədqiq edilməsində əhəmiyyətli bir mənbə olacağını vurğuladılar.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info