Moskvada II Beynəlxalq Parlament Forumu keçirilir
Tarix: 16.11.2013 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Moskvada II Beynəlxalq Parlament Forumu keçirilir. Forum Rusiya Federasiyası Konstitusiyasının 20 illiyinə həsr olunub. Azərbaycanı forumda Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Forumun açılışında ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib. Rusiya Dövlət Duması, Xarici İşlər Nazirliyi və Rusiya Tarix Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin parlamentlərinin, beynəlxalq parlament təşkilatlarının üzvləri, ekspertlər və ictimai xadimlər iştirak edirlər. Forumun açılışında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon çıxış ediblər. Rusiya Dövlət Duması deputatlarının çıxışlarında dünya ölkələri parlamentləri arasında konstruktiv dialoqun və parlament demokratiyası ənənələrinin inkişafının vacibliyi vurğulanıb. Forum öz işini “Parlament, demokratik dəyərlər və ictimai rəy”, “Siyasi və seçki sistemlərinin inkişafı: xarici təcrübə” və digər bölmələrdə davam etdirib. Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “Parlamentarizm və liberal azadlıqlar. İdeyaların formalaşmasının qanunauyğunluqları və demokratik cəmiyyətin formalaşması perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Forum çərçivəsində “Gənclər, parlamentarizm və Avrasiya inteqrasiyası” mövzusunda Beynəlxalq gənclər konfransı keçirilib. Ölkəmizi konfransda Rusiya Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev təmsil edib.





 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info