Yol-nəqliyyat qəzalarına qarşı mübarizə sərtləşdiriləcək
Tarix: 16.11.2013 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti plenumu olub. Plenumu Ali Məhkəmənin sədri Ramiz Rzayev açıb. Bildirilib ki, respublikamızda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halları artıb.
Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması və bununla bağlı sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə Prezident 2012-ci dekabrın 26-da “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılan və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyənləşdirilmiş tədbirlərin görülməsinin təmin edilməsi dövlət orqanları qarşısında təxirəsalınmaz vəzifələr kimi qoyulub. O cümlədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilib ki, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsi ümumiləşdirilsin və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsi formalaşdırsın.
Plenumda “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə olunub, təhlillər aparılıb. Müəyyən edilib ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən əsasən qanunvericiliyin tələblərinə uyğun həll olunur. Bununla yanaşı, məhkəmə təcrübəsində müvafiq cinayət işləri üzrə istər faktların müəyyən edilməsi və hüququn tətbiqi məsələlərində bəzi səhvlərə yol verilir. Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi formalaşdırmaq məqsədi ilə müvafiq qərar qəbul olunub.
Həmçinin, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” qanununda dəyişikliklər edilməsi, habelə Mülki Prosessual Məcəllədə, İnzibati Prosessual Məcəllədə və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsi qərara alınıb.
Plenumda konkret cinayət və mülki işlərə də baxılıb, müvafiq qərarlar qəbul edilib.
Plenumun işində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info