Şabranda üzüm bağlarının sahəsini min hektara çatdırmaq nəzərdə tutulub
Tarix: 18.11.2013 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


Şabran rayonunun təbii iqlim şəraiti burada yüksək keyfiyyətli süfrə və texniki üzüm sortlarının yetişdirilməsinə, həmçinin emal müəssisələrinin tələbatının yerli xammal hesabına ödənilməsinə şərait yaradır. Rayondakı 400 hektara yaxın üzüm bağının 200 hektarı bar verir.
Rayonda bu ilin məhsulu üçün bağlarından ümumilikdə 709 ton üzüm yığılıb. Hər hektardan məhsuldarlıq orta hesabla 54 sentner olub.
Üzüm bağları daha çox Dəvəçi şəhər, Rəhimli, Ağbaş, Uzunboyad, Ağalıq və Gəndov inzibati ərazi dairələrinin ərazində salınıb. Rayonda üzüm bağları ümumi əkin sahələrinin 3 faizini təşkil edir. 2013-cü ildə Şabranda 5 hektara yaxın yeni üzüm bağları salınıb, hazırda Ağbaş və Gəndov kəndlərində də bu məqsədlə şum işləri aparılır. Rayon icra hakimiyyətindən verilmiş məlumata görə 2020-ci ilə qədər Şabranda üzüm bağlarının sahəsini 1000 hektara qədər artırmaq nəzərdə tutulub.
Rayonda süfrə üzümünün saxlanması üçün Gəndov kəndi ərazisində tutumu 12 min ton olan soyuducu anbar tikilib istifadəyə verilib. Anbarda üzümün növündən asılı olmayaraq bir ton məhsulun bir aylıq saxlanma qiyməti 40 manatdır.
Fermerlər tərəfindən yetişdirilən texniki üzüm sortlarından üzüm və şərabçılıq məhsullarının istehsalı üçün rayonda bir neçə emal müəssisəsi tikilib. Rayondakı istehsal gücü 10 min ton olan üzüm emalı müəssisəsi yenidən bərpa edilib, Gəndov kəndi ərazisində yeni emal müəssisəsi tikilib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info