IDEA Kampaniyası gəncləri ətraf mühitin mühafizəsi naminə səfərbər edir
Tarix: 18.11.2013 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Ölkəmizdə ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox layihələr reallaşdıran IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) Bakı şəhərinin ətrafında ağacəkmə aksiyası keçirib.
Kampaniyadan bildiriblər ki, aksiya ağac əkməklə ekoloji mühitin sağlamlaşdırılmasını sürətləndirmək, gənclər arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin formalaşdırılmasına töhfə vermək, onları bu işə sövq etməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədi daşınıb.
Noyabrın 17-də Zığ qəsəbəsində keçirilən aksiyada 150-dən çox könüllü gənc iştirak etmişdir. Gənclər tərəfindən məişət tullantılarından təmizlənmiş ərazidə 2500-dən çox iynəyarpaqlı ağac əkilib.
Ağacların əkilməsi üçün seçilmiş bu ərazi əvvəllər əkinə yararsız olub. Lakin ərazinin tullantılardan təmizlənməsi və müxtəlif aqrotexniki xidmətlərin göstərilməsi ilə əkinə yararlı hala gətirilməsi də ağacəkmə aksiyasının müsbət mahiyyətini daha da artırır.
Gənclər aksiyada “Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et” şüarı altında birgə ağac əkməklə təbiətə qayğılarını nümayiş etdirmiş və bu işdə digər gənclərə, o cümlədən azyaşlılara örnək olmağa çalışıblar.
IDEA kampaniyası bu cür ekoloji aksiyaların mütəmadi təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin nəzərinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
Qeyd edək ki, IDEA Kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva tərəfindən başladılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info