Dünyaca məşhur “Ernst and Young” şirkətinin nümayəndələri tələbələrlə görüşəcək
Tarix: 18.11.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Dünyada seçilən audit şirkətlərindən biri olan “Ernst and Young” şirkəti nümayəndələrinin Qafqaz Universitetində tələbələrlə görüşü planlaşdırılıb. Bu barədə universitetdən qəzetimizə məlumat verilib.
İllik 20 mlrd. dollardan çox büdcəsi ilə təqribən 140 ölkədə fəaliyyət göstərən, dünyanın ən böyük dörd audit şirkətlərindən biri olan “Ernst and Young” şirkətinin nümayəndələri ilə Qafqaz Universitetinin əməkdaşları arasında görüş keçirilib. Görüş zamanı şirkət nümayəndələri Qafqaz Universitetində təhsil səviyyəsinin yüksək olmasını vurğulayaraq, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd ediblər. Görüşün nəticəsi olaraq universitetin son kurs tələbələrininin iş dünyası ilə yaxından tanış olması məqsədi ilə qısa müddət ərzində “Ernst and Young” şirkəti nümayəndələrinin tələbələrimiz arasında görüşü planlaşdırılıb. Xatırladaq ki, “Ernst & Young” 2010-cu ildə “Fortune” jurnalında "Dünyada işlənə biləcək ən yaxşı 100 şirkət" siyahısında 44-cü sırada yer alıb.
Qeyd edək ki, ötən həftə sonu universitetdə daha bir əlamətdar tədbir keçirilib. QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq seminarları" layihəsi əsasında növbəti seminar 16 Noyabr 2013-cü il tarixində Qafqaz Universiteti, Biznesin idarə olunması kafedrasının müəllimi, “Baku Art School” və “ÖZ klub”un həmtəsisçisi Rüfət Hüseynovun təqdimatında “Şəxsi büdcənin effektiv idarəolunması” mövzusunda təşkil edilib.
Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müzakirələr aparılıb: Xərclərin qruplaşdırılması, büdcənin planlanması, özü-özünüzdən pul qazanmağın yolları.
Xatırladaq ki, ”Təşəbbüskarlıq seminarları” sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirilməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
Müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info