Valideyn himayəsindən məhrum gənclərə pulsuz müayinə təşkil edilib
Tarix: 18.11.2013 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Yeni yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi (İB) “AİDA” Tibb Mərkəzində valideyn himayəsindən məhrum gənclərin pulsuz müayinəsini təşkil edib. Məlumat üçün bildirək ki, aksiya Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeni yol” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi “Sağlam həyata doğru” layihəsinin ilkin mərhələsidir. Müayinənin nəticələrinə görə, müalicəyə ehtiyacı olan gənclər xəstəxanalara yerləşdiriləcəklər. İkinci mərhələdə layihə iştirakçıları üçün yoluxucu xəstəliklər və onlardan qorunma, şəxsi gigiyena və ilkin tibbi yardım haqqında maarifləndirici təlimlər keçiriləcək. Üçüncü mərhələdə isə gənclər psixoloqların suallarını cavablandıracaqlar. Növbəti mərhələdə gənclər üçün üçgünlük düşərgə təşkil olunacaq. Düşərgədə iştirakçılar üçün intellektual oyunlar və əyləncəli proqramlar təşkil olunacaq. Sonda isə layihənin yekunları ilə bağlı “dəyirmi masa” keçiriləcək. Layihə iştirakçılarına sertifikatlar veriləcək və ən fəal gənclər mükafatlandırılacaqlar.
Kampaniyada internat və uşaq evindən çıxmış, valideynlərini itirmiş 40 gənc pediatr, nevropatoloq, oftalmoloq, otolarinqoloqun müayinəsi, qarın boşluğu və ümumi qan analizi yoxlamalarından keçiblər. Aksiya iştirakçıları həkimlərdən məsləhət alıblar.
İctimai birliyin sədri Adil Abdullayev bildirib ki, Azərbaycan Respublikasında gənclərə qayğı dövlət siyasətinin əsas tərkib hissəsi, daim gündəmdə olan bir məsələdir. Dövlətimiz xüsusi qayğıya ehtiyacı olan gənclərin sağlamlıqlarının qorunması sahəsində çoxsaylı proqramlar həyata keçirir. Lakin bu gün bir sıra dövlət təlim-tərbiyə müəssisələrində valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş gənclər var ki, onların problemləri ilə daha çox məşğul olmaq vacibdir. Bugünkü aksiyada bu kateqoriyadan olan gənclər pulsuz müayinə olunmaq imkanı qazandılar.
Valideyn himayəsindən məhrum gənclər müayinənin yüksək səviyyədə təşkilinə görə “Yeni yol” Gənclərin Maarifləndirilməsi İB-yə və “AİDA” Tibb Mərkəzinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info