YAP-ın 21-ci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib
Tarix: 18.11.2013 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon Təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Bu barədə qəzetimizə adıçəkilən təşkilatdan məlumat verilib. Qeyd edək ki, Binəqədi rayonunda fəaliyyət göstərən 32 tam orta məktəbin 10-11-ci sinif şagirdləri arasında keçirilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsi bu gün rayon partiya təşkilatının sədri Ramiz Göyüşovun, partiya fəallarının və yarışmanın ayrı-ayrı vaxtlarda keçirilmiş üç mərhələsindən qalib çıxmış və final oyununa vəsiqə qazanmış məktəblərin komandalarının iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov final mərhələyə vəsiqə qazanmış məktəblərin komandalarını və rəhbərlərini təbrik edib və bildirib ki, yarışma partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunub. Daha sonra yarışın keçirilməsi məqsədi haqda fikirlərini davam etdirən sədr qeyd edib: “Ümummilli lider Heydər Əliyev hər zaman bildirib ki, təhsil millətin gələcəyidir və təhsili, gənc nəsli savadlı, yüksək təhsilli olan dövlət də güclü olur. Bu məqəsədlə də biz bu səpkili yarışmanı keçiririk”. Yarışmanın bütün mərhələlərində Binəqədi rayon ümumtəhsil məktəblərinin çox fəal şəkildə iştirak etdiyini bildirən Ramiz Göyüşov bildirib ki, Binəqədi rayon ümumtəhsil məktəbləri Bakı şəhəri və ümumilikdə respublika məktəbləri arsında həmişə öncül yerlərdə olublar.
O yarışmanın keçirilməsinə göstərdiyi dəstəyə və yaratdığı şəraitə görə Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonra yarışmanın finalına vəsiqə qazanmış məktəblər arasında sonuncu mərhələyə start verilib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş yarışmada orta məktəblərin hər birində 1 ehtiyat və 5 əsas oyunçu olmaqla 32 komanda təmsil edib və ümumilikdə 192 nəfər şagird iştirak edib. Yarışma 3 turdan ibarət olmaqla, noyabrın 4-də birinci tur, noyabrın 6-da ikinci tur, noyabrın 8-də isə üçüncü tur keçirilib.
Birinci turda 11 tam orta məktəbi təmsil edən komandalar arasında keçirilən gərgin yarış zamanı ən yüksək xal toplayan ilk üç komanda – 30 saylı orta məktəbi təmsil edən “Yenilikçi”, 244 saylı orta məktəbi təmsil edən “Tusi”, 246 saylı orta məktəbi təmsil edən “Hədəfə Doğru” komandaları qalib elan edilib və finala vəsiqə qazanıb.
Yarışmanın ikinci turunda 100 saylı orta məktəbin “İlhamlı Gənclik”, 143 saylı orta məktəbin “143 Atəşi”, 179 saylı orta məktəbin “Yeni Azərbaycanlılar” komandaları qalib gəlib.
Yarışmanın üçüncü turunda 217 saylı orta məktəbi təmsil edən “İstiqlal”, 297 saylı orta məktəbi təmsil edən “Çempionlar” və 314 saylı orta məktəbi təmsil edən “Turan” komandaları qalib olublar.
Yarışma zamanı şagirdlərə dərs vəsaitlərindən, ümumi dünyagörüşündən, Ermənistanın ölkəmizə etdiyi təcavüz və işğaldan, YAP-ın yaranma tarixindən, eləcə də ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən suallar təqdim olunub. Hər turda 10 sual olmaqla üç turdan ibarət olan hər bir yarışda şagirdlərə ümumlikdə 30 sual verilib.
"Nə? Harada? Nə Zaman?" intellektual yarışının final mərhələsinin nəticələrinə əsasən 143 saylı orta məktəbin “143 Atəşi” komandası I yer, 179 saylı orta məktəbin “Yeni Azərbaycanlılar” komandası II yer, 297 saylı orta məktəbi təmsil edən “Çempionlar” komandası III yerə sahib olublar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info