Kazanda ağır təyyarə qəzası
Tarix: 18.11.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Moskvadan uçan “Boinq-737” təyyarəsi ötən gecə Kazan aeroportunda enərkən yerə çırpılıb. Təyyarənin içində olanların hamısı - 44 sərnişin və 6 heyət üzvü həlak olub.
Moskva-Kazan reysi ilə uçan təyyarənin içində həlak olanların siyahısında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tatarıstan idarəsinin rəhbəri Aleksandr Antonov və Tatarıstan Respublikası Prezidentinin oğlu İrek Minnixanovun adları, habelə iki uşaq və Böyük Britaniya vətəndaşı var. Taksi və avtomobil sürücüləri bütün axşam və gecə insanları aeroporta və geriyə daşımışlar. Bir çox maşınlara pulsuz gediş haqqında lövhələr vurulub. Texniki nasazlıq, eləcə də pilotun səhvi aviasiya qəzasının ilkin səbəbi kimi nəzərdən keçirilir. Cinayət işi qaldırıldıqdan sonra istintaq 363-cü reysə aid bütün sənədləri müsadirə edib. Elə həmin gün respublikada matəm elan edilib. Məlum olub ki, qəzaya uğrayan sərnişin təyyarəsinin ekipajı hava dispetçerini enmə əməliyyatını yerinə yetirməyin mümkün olmadığı barədə xəbərdar edib. Bu barədə Kazan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasını araşdıran əməliyyat qərargahındakı mənbə “İnterfaks”a bildirilib. Mənbənin sözlərinə görə, Moskva-Kazan reysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsinin ekipajı dispetçeri enmə əməliyyatını yerinə yetirməyin mümkün olmadığı barədə xəbərdar edib, çox güman ki, bu texniki nazasızlıq səbəbindən baş verib: “Təyyarə enmə zolağına 500 m qalmış dispetçerə enmə vəziyyətində olmadıqlarını məruzə edib”. Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib. Qəzaya uğrayan sərnişin təyyarəsinin 23 il istismarda olduğu məlum olub. “Boinq-737” sərnişin təyyarəsinin 23 il bundan qabaq istehsal olunduğu və 2008-ci ildə “Tatarıstan” aviakompaniyası tərəfindən alındığı bildirilib. Rusiya KİV-ləri qəzaya uğramış təyyarənin 2001-ci ildə Braziliyada qəza nəticəsində ciddi zədələndikdən sonra təmir edildiyinə dair xəbər yayıblar. Bu xəbər Braziliyada hava daşımalarına nəzarət xidmətinin vaxtilə ölkə mətbuatında yayılmış hesabatına əsaslanır. Məlumata görə, 2001-ci il dekabrın 17-də Braziliyanın Beru-Orizonti şəhərinin hava limanında içərisi 102 sərnişin və 6 heyət üzvü olan “Boinq-737” təyyarəsi enmə zolağına çatmamış yerə düşüb. Nəticədə təyyarənin sol şassisi sınıb, sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Kazan aeroportunda baş verən təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova başsağlığı verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info