Dekabrın 1-dən bəzi sərnişin qatarlarının marşrutunda dəyişikliklər ediləcək
Tarix: 19.11.2013 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarının marşrutunda dəyişikliklər aparılacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, bu il dekabrın 1-dən 662-661 nömrəli Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv ediləcək. Həmin vaxtdan etibarən 98-97 nömrəli Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzaldılacaq və Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı adlandırılacaqdır. Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını çox olarsa, ona əlavə fakültativ vaqonlar qoşulacaq.
“Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı” Bakı-sərnişin stansiyasından saat 22.05-də yola düşəcək və Qazaxa saat 09.40-da çatacaq. Qatar Qazaxdan 19.05-də yola düşəcək və Bakı-sərnişin stansiyasına saat 07.25-də çatacaq.
Eyni zamanda 38-37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info