Azərbaycanın xarici ticarət profisiti 11 milyardı ötüb
Tarix: 19.11.2013 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 5,1 faiz artdığını bildirib. “Palitra”nın məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin saytında dərc olunan hesabatda deyilir.
Bu dövr ərzində Azərbaycan 147 ölkə ilə ticarət əməliyyatı aparıb.
Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 28,8 milyard dollar təşkil edib.
Xarici ticarət əməliyyatlarında 11 milyard dollardan çox müsbət saldo yaranıb.
Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 6332 hüquqi və fiziki şəxs iştirak edib, onlardan 3616-sı hüquqi, 2716-sı isə fiziki şəxslərdir.
Yanvar-oktyabr aylarında 19,92 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji göstəricilərindən 0,93 faiz çoxdur.
İxrac əməliyyatlarında dövlət sektorunun payı 18,6 milyard dollar (93,35 faiz), özəl sektorun payı 1,157 milyard dollar (5,8 faiz), fiziki şəxslərin payı isə 167,94 milyon dollar (0,84 faiz) olub.
Yanvar-oktyabr aylarının yekunlarına görə, idxal 8,88 milyard dollar təşkil edib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 15,83 faiz çoxdur.
İdxal əməliyyatlarında dövlət sektorunun payı 2,22 milyard dollar (30,73 faiz), özəl sektorun payı 5,72 milyard dollar (64,44 faiz), fiziki şəxslərin payı isə 424,01 milyon dollar (2,1 faiz) olub.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1915 adda məhsul ixrac edilib, 5960 adda məhsul isə idxal olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info