Vaşinqtonda Şərq Tərəfdaşlığı barədə müzakirələr keçirilib
Tarix: 19.11.2013 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə zirvə görüşü okeanın digər tayında da kifayət qədər geniş maraq doğurur və Vaşinqtonun siyasi və ictimai dairələrinin diqqət mərkəzindədir. Bu maraqları cavablandırmaq məqsədi ilə ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən olan “İrs Fondu” (Heritage Foundation) tərəfindən noyabrın 18-də “Şərq Tərəfdaşlığının Avropa İttifaqı ilə Assosiasiya Sazişləri” mövzusunda tədbir təşkil olunub. Avrasiya regionu üzrə geniş tədqiqatlara malik olan “İrs Fondu”nun aparıcı tədqiqatçısı Aryel Koeninin moderatorluq etdiyi müzakirələrin birinci hissəsində Şərq Tərəfdaşlığı ölkələrindən Ukraynanın səfiri Oleksandr Motsik, Gürcüstanın səfiri Arçil Qeqeşidze, Azərbaycanın səfiri Elin Süleymanov və eləcə də zirvə görüşünə ev sahibliyi edəcək Litvanın səfiri Jiqimantas Pavilionis çıxış ediblər. Müzakirələrdə Ukrayna səfiri ölkəsində Avropa İttifaqına inteqrasiya, o cümlədən Assosiasiya Sazişinin imzalanması üzrə milli konsensusun mövcud olduğunu qeyd edib, Ukrayna xalqının müstəqillik illərinin ən mühüm dövrlərindən birini yaşadığını söyləmiş və həmin sazişlə bağlı açıq qalan məsələlərin tezliklə həll edilərək, onun Vilnüs zirvə görüşündə imzalanacağına inamını ifadə edib.
Gürcüstan səfiri ölkəsinin Avratlantik məkana qatılmaq siyasətini davam etdirdiyini, Vilnüsdə paraflanacaq Assosiasiya Sazişinin Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yeni bir səhifə açacağını və Gürcüstanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib.
Tədbirdə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin Avropa İttifaqı ilə münasibətlərin inkişafında keçdiyi yola nəzər salmış, mövcud əlaqələrin yüksək səviyyəsindən danışmış və bu mənada, xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyununda Brüsselə səfərinə istinad edib. Müxtəlif sahələrdə qabaqcıl inkişaf səviyyəsini təmin etmək məqsədi ilə Azərbaycanın Avropaya inteqrasiya seçiminə sadiq qaldığını deyən səfir E.Süleymanov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində tədbirlərdə fəal iştirakı barədə məlumat verib. Səfir Vilnüs zirvə görüşü zamanı Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurlarının asanlaşdırılması haqqında sazişin imzalanmasının gözləndiyini qeyd edərək, digər mühüm sənədlər üzərində işin davam etdiyini açıqlayıb. O, həmçinin xatırladıb ki, üzərinə götürdüyü öhdəlikləri hər zaman yerinə yetirən Azərbaycan bir qayda olaraq beynəlxalq sənədlərin razılaşdırılmasına böyük diqqətlə və öz milli maraqlarından çıxış edərək yanaşır. Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfəni ayrıca olaraq vurğulayan səfir E.Süleymanov bu sahədə qarşılıqlı maraqlara əsaslanan məhsuldar əməkdaşlığı təqdir edib. E.Süleymanov, həmçinin malik olduğu strateji mövqe, Qərb və Şərq arasında oynadığı körpü rolu və beynəlxalq əlaqələr sistemində məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşı olduğunu ifadə edib. O, bundan əlavə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Avropa İttifaqının ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi və münaqişənin nizamlanması üzrə prinsipial mövqe nümayiş etdirməsinin daşıdığı ümdə əhəmiyyəti önə çəkib.
Litva səfiri öz növbəsində Vilnüs zirvə görüşünün tarixi əhəmiyyəti barədə fikirlərini bölüşərək, Avropa İttifaqının digər üzvləri ilə birlikdə Şərq Tərəfdaşlığının uğur qazanması üçün səylərini davam etdirdiklərini deyib və tərəfdaş ölkələrə bütün sahələrdə dəstək verməyə hazır olduqlarını açıqlayıb. Səfir Jiqimantas Pavilionis ölkəmizdən bəhs edərkən, Avropa İttifaqı və Azərbaycanın qarşılıqlı olaraq bir-birinə ehtiyacı olduğunu göstərib.
Qeyd etmək lazımdır ki, müzakirələr əsnasında Ermənistanın 3 illik danışıqlardan sonra Avropa İttifaqı ilə inteqrasiya prosesindən geri çəkilərək, Gömrük İttifaqına qoşulmaq qərarına dair müxtəlif şərhlər səsləndirilib.
Müzakirələrə yekun vuran A.Koen Azərbaycandan danışarkən, ölkəmizdə demokratik dəyərlər və dünyəvi idarəçiliyin bir əsrlik tarixi köklərə malik olduğunu və o cümədən, Azərbaycanda qadınların bir çox Avropa ölkələrindən əvvəl səsvermə hüququ qazandığını xatırladıb. O, həmçinin bir daha Azərbaycanın Avropa İttifaqına verə biləcəyi töhfələrdən söz açaraq, ölkəmizin strateji əhəmiyyətini vurğulayıb.
“İrs Fondu”nun aparıcı tədqiqatçısı Ted Bromundun moderatorluq etdiyi ikinci hissədə Avropa Siyasəti Təhlili Mərkəzinin Tədqiqat üzrə direktoru Piter Doran, Gürcüstanın Yeni İqtisadiyyat Məktəbinin vitse- prezidenti Qia Janderi, “WilmerHale” beynəlxalq hüquq təşkilatının əməkdaşı Marik Strinq, “İrs Fondu”nun aparıcı tədqiqatçısı Aryel Koen Şərq Tərəfdaşlığına dair məruzələrlə çıxış ediblər. Avropa İttifaqının əhəmiyyətini vurğulayan MakKeyn adına Beynəlxalq Liderlik İnstitutunun direktoru Kert Volker tədbiri öz çıxışı ilə yekunlaşdırıb.
Məruzəçilər tədbirə qatılmış müxtəlif dairələrin təmsilçilərindən ibarət iştirakçıların suallarını cavablandırıblar. Tədbirin tam video yazısı ilə aşağıdakı internet səhifəsində tanışmaq olmaq mümkündür:




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info