Sergey Lavrov: “Rusiya heç bir ölkəyə təzyiq etmir”
Tarix: 19.11.2013 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


“Təəssüflər olsun ki, Rusiya Avropa Birliyinin məmurları tərəfindən “Şərq tərəfdaşlığı” çərçivəsində AB ilə saziş imzalamaq istəyən ölkələrə təzyiq edən dövlət kimi təqdim olunur. Rusiya heç bir ölkəyə təzyiq
etmir.

“Şərq tərəfdaşlığı” çərçivəsində AB ilə saziş imzalamaq istəyən qonşu ölkələr suveren dövlətlərdir. Bu, onların öz suveren qərarlarıdır. Biz onların qərarlarına hörmətlə və sakit yanaşırıq”. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makeylə keçirdiyi birgə brifinqdə bildirib. S.Lavrov deyib ki, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” layihəsi iqtisadi layihədən çox, siyasi layihədir: “Bu layihə siyasiləşdirilib. Biz bu layihədə iştirak edən ölkələrə təzyiq göstərmirik. Sadəcə, onlara öz təklifimizi söyləmişik. Həm Avropa Birliyi, həm də bu layihədə iştirak edən qonşu ölkələr bizim iqtisadi tərəfdaşlarımızdır. Biz həmin ölkələrə bu layihədə iştirak edəcəkləri təqdirdə iqtisadi əlaqələrimizə yenidən baxacağımızı söyləmişik. Bu, təzyiq deyil. Bizim də öz iqtisadi maraqlarımız var. Bizim maraqlarımız çox sadədir. Məsələ qonşu ölkələrin bu sazişi imzalaması deyil. “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində qonşu ölkələrlə saziş imzalansa, biz öz bazarlarımızı qorumaq məcburiyyətində qalacağıq. Ona görə də, bunu əvvəlcədən həmin ölkələrə demişik ki, sonradan bizdən inciməsinlər. Avropa Birliyi isə bizim həmin ölkələrə təzyiq etdiyimizi deyir. Onların arqumentləri təmiz deyil”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info