“BMT qətnamələrinin Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir”
Tarix: 19.11.2013 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


“Azərbaycan Belçikada çox az tanınan ölkələrdən biridir. Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyə malik olmasına baxmayaraq, bu ölkə çox zaman “uzaq məmləkət” kimi nəzərdən keçirilir. Lakin dini və etnik tolerantlıq üzərində qurulmuş Azərbaycan cəmiyyəti belçikalılar üçün örnək ola bilər”.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, bunu Belçika Parlamentinin üzvü Alan Kurtua deyib. Onun sözlərinə görə, iyirmi ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi, coğrafi və mədəni potensialından tam bəhrələnməyə əngəl törədir: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin hələ də Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir. Fikrimcə, istənilən konstruktiv danışıqlar beynəlxalq hüquq və prinsiplər əsasında aparılmalıdır. Ermənistan bu beynəlxalq çərçivə ilə razılaşmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Məhz bundan sonra balanslı danışıqlar bütün Cənubi Qafqaz regionu üçün səmərəli həll yoluna çıxaracaq. Azərbaycanın qaçqın və məcburi köçkün problemi sözsüz ki, faciədir. Mən beynəlxalq ictimaiyyəti bu unudulmuş problemə daha çox diqqət ayırmağa çağırıram. Beynəlxalq ictimaiyyətin Suriyadakı insan faciəsinə bu qədər diqqət yetirdiyi halda, Cənubi Qafqazdakı daha köhnə olan qaçqın və məcburi köçkün problemi diqqətdən kənarda qalıb. Bu, Azərbaycana sosial-iqtisadi cəhətdən inkişaf etməsinə və təminatlı gələcəyini qurmasına əngəl törədir”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info