Səbaildə YAP-nın yaranmasının 21-ci ildönümü qeyd olunub
Tarix: 19.11.2013 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının Şəhidlər xiyabanındakı qərargahında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Səbail rayon təşkilatı rəhbərliyi, Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, yerli bələdiyyələrin, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq, əlamətdar günün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ölkədə ictimai-siyasi prosseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas və aparıcı siyasi qüvvəyə çevrilən siyasi qurum olub. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Ulu öndən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas olaraq inkişafa nail olub. Bu gün partiyaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev ölkənin iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafı istiqamətində mühüm addımlar atır, Azərbaycan günü-gündən tərəqqi və inkişaf yolu ilə irəliləyir. Ötən ay keçirilən prezident seçkilərində YAP namizədi İlham Əliyevin yenidən və böyük səs çoxluğu ilə ölkə Prezidenti seçilməsi xalqımızın qələbəsidir.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 21 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlər barədə geniş məruzə ilə çıxış edib. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmləndi və inkişaf etdi, ölkədə əmin-amanlığın yaradılması, iqtisadi inkişafa başlanmasına öz töhfələrini verdi. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan ulu öndər Heydər Əliyevin davamçılarıdır. Yeni Azərbaycan Partiyasının ilk yaranan rayon təşkilatlarından biri olan Səbail rayon təşkilatında bu gün 107 ilk ərazi təşkilatında 22636 nəfər üzv var. Təşkilat üzvlərinin 55,7%-ni qadınlar təşkil edir, təşkilatın 65,2%-i gənclərdir. Natiq bidirib ki, YAP bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun timsalında müasir, yeni Azərbaycan yaranır.
Toplantıda çıxış edən Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Beynəlxalq Avrasiya Fondunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının katibi Ümid Rəhimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, müharibə veteranı Cəbrayıl Əliyev, istefada olan polkovnik Əzizağa Qənizadə, veteranlar ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının uğurlarından danışıblar. Qeyd olunub ki, ölkədə əldə olunan uğurlar YAP-ın hər bir üzvünün sevincidir. Bundan sonra da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər bir YAP üzvü böyük qələbələrə imza atacaq.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənmiş bir qrup veterana Fəxri Fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük biletləri təqdim olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info