Yeni Azərbaycan Partiyası ilə daha firavan gələcəyə doğru
Tarix: 19.11.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


XX əsrin sonları ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər həyatında çox ciddi hadisələrlə yadda qaldı. Keçmiş SSRİ-dən ayrılan on beş müttəfiq respublikadan biri kimi Azərbaycan Respublikası da öz haqlı müstəqillik arzusunu gerçəkləşdirmək uğrunda tarixi mübarizəyə başladı. Həmin dövr Azərbaycan tarixinə 1988-1993-cü illərin ən sıxıntılı, ən faciəli dövrləri kimi düşmüşdür.
Bu tarixi xronikada torpaqlarımıza erməni təcavüzü, hakimiyyət davası, siyasi çəkişmələrin fonunda iqtisadi tənəzzül, haqlı ikən haqsız vəziyyətə düşmək, qəhrəman vətən övladlarının vəhşicəsinə qətlə yetirilməsi, soydaşlarımızın öz torpaqlarımızda qaçqın həyatı yaşamağa məcbur edilməsi və s. kimi ürək ağrıdan hadisələr yer almaqdadır. Təəssüflər olsun ki, bu ardıcıllığa 1990-cı ilin qanlı 20 Yanvar hadisələri, 1992-ci il 26 Fevral Xocalı soyqırımı da aiddir. Azərbaycanın müasir müstəqillik tarixinin ən narahatedici, sıxıcı, ürək ağrıdıcı anları məhz qeyd olunan faktlarla miqyasını daha da genişləndirmişdir.
Həmin dövrlərdə hakimiyyətdə olanlar yaranmış dəhşətli mənzərə qarşısında çarəsiz qalmaqla, təcrübəsizlikləri ilə də onsuz da ağır olan vəziyyətin daha da ağırlaşmasına səbəb oldular. Ölkəmizdə xaos, nizam-intizamsızlıq, anarxiya baş alıb gedirdi. Bircə an sonraya heç bir ümid qalmamışdı. Təbii ki, bundan da məharətlə istifadə edən bədnam ermənilər öz işğalçılıq siyasətlərini daha da genişləndirdilər. Bütün bunların nəticəsində də xalqımız taleyin ümidinə buraxıldı və yalnız ümidini Allaha bağlayaraq Ondan nicat yolu istəyirdi.
Bu bir həqiqətdir ki, bəhs olunan dövrdə ölkəmizdə bu qədər xoşagəlməz hallar, acı mənzərələr özünü göstərsə də, respublikamızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası erməni təcavüzkarları da daxil olmaqla, bütün çətinliklərə mərdliklə sinə gərdi, qəhrəmanlıqla mübarizə apara bildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində, daha doğrusu, 1991 (sentyabr)-1993-cü (iyun) illərdə ərazicə kiçik, lakin mənəviyyatca böyük olan bu diyara rəhbərlik edən qəhrəman vətən oğlu, müdrik siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və mükəmməl idarəçilik bacarığı ilə doğma Naxçıvan yuxarıda sadalanan bütün sarsıntılara dayanıqlı, möhkəm müqavimət gösərdi. Nəticədə isə Naxçıvan MR həmin dövrləri heç bir itki vermədən, heç bir təhlükəyə məruz qalmadan keçirdi, yaşadı və var oldu.
Ölkəmizin düşdüyü ağır vəziyyətdən çıxış yollarını arayan çoxsaylı ziyalılarımız, məşhur 91-lər 16 oktyabr 1992-ci il tarixində Naxçıvan MR-ə rəhbərlik edən ulu Heydər Əliyevə müraciət etdilər. Xalqımızın Onu nicat yolu kimi gördüyünü bildirdilər. Heydər Əliyev ziyalılarımızı, xalqımızı, ölkəmizi çox sevirdi. Buna görə də onlara yaxın getmək, səslərinə səs vermək, çətin vəziyyətdə olan insanların yanında olmaq, köməyə ehtiyacı olan insanların imdadına yetmək, bununla da böyük xilaskarlıq missiyasını üzərinə götürmək yalnız Heydər Əliyev kimi dahinin göstərə biləcəyi bir fəaliyyət idi. Bu təbii ki, həm olduqca məsuliyyətli, həm də yüksək şərəf idi.
Xalqımızın düşdüyü ağır, acınacaqlı ictimai-siyasi vəziyyət, yaşadığı çətin sosial-iqtisadi şərait Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcəyə inamla, böyük əzmlə, tükənməz etimad və ümidlə addımlamaq zərurətini daha da qaçılmaz edirdi. Belə bir şəraitdə isə yeni bir qurumun, siyasi birliyin, daha doğrusu, qaranlıqları gündüzə çevirə biləcək bir partiyanın yaradılmasına hava və su kimi ehtiyac var idi. Məhz buna görə də yeni siyasi və iqtisadi şəraitə uyğun olaraq, müasir dünyanın nəbzini tutmağı bacaran, qətiyyətə, müdrikliyə, uzaqgörənliyə söykənən, daha doğrusu, həmin şəraitin uğurluluğunu təmin edə biləcək, o cümlədən, faydalılıqla, səmərəliliklə, nailliyyətlərlə zəngin olmaqla, ideyaları ilə, məqsəd və məramları ilə tam yenilikçi bir partiyanın əsasları qoyuldu. Bu yalnız humanist missiyaya xidmət edəcək və adından da göründüyü kimi Yeni Azərbaycan Partiyası ola bilərdi. Və elə dəyərli 91-lərin müraciətində yer alan ən mühüm məqamlardan biri də məhz Ondan-böyük Heydər Əliyevdən Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsini xahiş etmək idi. Daim xalqının xoş gələcəyi üçün çalışan dahi rəhbər kömək istəyənlərin səsinə səs verdi və beləliklə də 1992-ci il 5 noyabr tarixində Yeni Azərbaycan Partiyasının Təşkilat Komitəsinin yığıncağı təşkil olundu. Həmin yığıncaqda böyük Heydər Əliyev Təşkilat Komitəsinin Sədri seçildi. Ölkəmizdə bir-birinin ardınca artan nizamsızlıq hər keçən gün Yeni Azərbaycan Partiyasının yaradılmasını tələb edirdi. Elə buna görə də göstərilən ilin 21 noyabr tarixində böyük tarixi bir hadisənin qürurlu şahidləri və fəxarətli iştirakçıları olduq. Bu tarixdə Naxçıvan şəhərində Heydər Əliyev sevərlərin bir vuran nəbzləri Onun böyük ürəyindən ilham alaraq Yeni Azərbaycan Partiyasını təsis etdilər. Elə orada açıq səsvermə yolu ilə Heydər Əliyevi bu xilaskar partiyanın sədri seçdilər.
Təbii ki, sonrakı mərhələlərdə partiyamızın MR rayonları ilə yanaşı, ümumrespublika miqyasında da dayaq təşkilatları formalaşdı. Ulu rəhbərin mükəmməl idarəçiliyi ilə günü gündən say tərkibini artıran partiyamız ümumilikdə xalqımızın, millətimizin və dövlətimizin haqq səsinə çevrilməkdə idi. Hər addımda humanist prinsiplərin, insan, söz azadlıqlarının, qanunun aliliyinin, ən gerçək carçısına çevrilən Yeni Azərbaycan Partiyası 10 aprel 1993-cü ildə özünün mətbuat orqanı olan “Yeni Azərbaycan” adlı qəzetinin də nəşrinə başladı.
Çox az hallarda olur ki, hər hansı bir partiya təsis olunandan az sonra hakimiyyətə gələ bilir. Yaxud mütləq şərt deyildir ki, əgər partiya yaranıbsa, o hakimiyyətə gəlməlidir. Bunun üçün təbii ki, həmin partiyanın keyfiyyətlilik amillərinin içərisində çətinliklərdən çıxış yollarının tapılması, milli maraqları, humanist prinsipləri və s. cəhətlərlə yanaşı liderinin siyasi çevikliyi, müdrikliyi, idarəçilik təcrübəsi də çox mühüm yer tutur.
Yarandığı ilk gündən konstitusion fəaliyyət mexanizmini əsas tutaraq, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edərək, sosial ədalətə, siyasi sabitliyə, ərazi bütövlüyünə və səmərəli iqtisadiyyata üstünlük verərək Yeni Azərbaycan Partiyası çox mükəmməl bir istiqamət, xətt götürmüş, yol tutmuşdur. Bütün bunlara görə də xalqımız onun proqramına, nizamnaməsinə hər addımda sahib çıxmış, dəstək vermiş, alqışlamış və bunun nəticəsində də 1993-cü ildə keçirilmiş prezident seçkilərində hakim partiya statusunu məhz ona vermişdir.
Xalqımızın bütün hissələrinin maraqlarını ifadə etməyi bacaran partiyamız, hər kəsin ümid yeri, güvənc, etibar və güc mənbəyidir.
Sonrakı dövrlərdə də bütün seçkilərdə bu siyasətə H.Ə deyən xalqımız 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 125 mandatdan 72-sinə bu partiyanın namizədlərini seçmişdir. Fikrimizi bu ilin 9 oktyabr tarixində keçirilən prezident seçkilərində də cənab İlham Əliyevin 3.145.386, yaxud 84.72%-lik səslə parlaq qələbəsi bir daha sübut edir. Bu seçkilərdə də xalqımız öz qədirbilənliyini və müdrikliyini yenə göstərdi və bu siyasətə etimadının sonsuz olduğunu ifadə etdi.
Bu partiya yarandığı və ya iqtidara gəldiyi ilk gündən ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq miqyasda mövqeyimizin formalaşması və ya daha da güclənməsi, insanların sosial vəziyyətinin yaxşılaşdırılması və möhkəmlənməsi, milli iqtisadi inkişafın təmin olunması, geniş miqyaslı, dünya əhəmiyyətli, strateji layihələrin gerçəkləşdirilməsi, bununla da iqtisadi qüdrətimizin artması, müasir, inkişaf istiqamətli, hər addımda tərəqqi edən, daha doğrusu, hər səhifəsində yeni-yeni uğurlar əks olunan bir Azərbaycan üçün fəaliyyət göstərmiş və buna əminliklə nail olmuşdur. Bunun da nəticəsində böyük kütlə günbəgün partiyamızın sıralarında təmsil olunmaq istəklərini gerçəyə çevirmək üçün müraciət edirlər. Artıq iyirmi bir ildir ki, partiyamız fəaliyyət göstərməkdədir. Keçən müddət ərzində yuxarıda sadalanan hər bir uğur özünün ən geniş əhatə dairəsini formalaşdırmış və partiyamızın sıralarında 610041 üzvün cəmlənməsinə gətirib çıxarmışdır.
Yeni Azərbaycan Partiyası yüksək mənəvi dəyərlərin daşıyıcısı olmaqla, istər ayrıca bir fərdin, istərsə də bütöv bir cəmiyyətin maraqlarını ifadə edir. Yalnız xalq üçün, onun aydın sabahının, parlaq gələcəyinin təminatı üçün partiya iyirmi bir ildə bütün var gücünü səfərbər etməklə fəaliyyət göstərmiş, bu gün göstərməkdədir və hər zaman göstərəcəkdir. Biz bu partiyanın sıralarında təmsil olunmağımızdan sonsuz qürur duyuruq.
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info