Rotterdam meri: “Bakının bənzərsiz arxitekturası var”
Tarix: 19.11.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Memarlar İttifaqı ilə

Niderland şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Memarlar İttifaqında Niderlandın “Maxwan Archcitects and Urbanist” şirkəti ilə Memarlar İttifaqı arasında əməkdaşlıq haqda müqavilə imzalanıb. Müqavilənin imzalanması mərasimini giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı geniş məlumat verib, Niderland və Azərbaycan arxitektorları arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.


E.Qasımzadə Bakı şəhərinin Füzuli küçəsində yerləşən tarixi binanın sürüşdürülməsi əməliyyatını uğurla həyata keçirən Niderlandın “Bresser Eurasiya” şirkətinin işini yüksək qiymətləndirib. Qeyd olunub ki, bu şirkətlə sıx əməkdaşlıq münasibətləri qurulub və yeni birgə layihənin reallaşdırılması nəzərdə tutulur. “Maxwan Archcitects and Urbanist” şirkətinin rəhbərliyi ilə bu yaxınlarda konstruktiv görüşlərin keçirildiyini söyləyən E.Qasımzadə konkret layihələr üzrə əməkdaşlıqla bağlı qərar qəbul edildiyini nəzərə çatdırıb. Mərasimdə çıxış edən Rotterdam şəhərinin meri Əhməd Əbutalib Bakıya ölkəsinin tanınmış memarlarından ibarət nümayəndə heyəti ilə gəldiyini və bu əməkdaşlığa böyük məmnuniyyətlə dəstək olacağını vurğulayıb. Qonaq Rotterdam şəhərinin maraqlı tarixindən bəhs edib, şəhərin bənzərsiz arxitekturasından söz açıb. Bildirilib ki, Bakı şəhərində insanı ilk növbədə cəlb edən onun qədim tarixidir. Odur ki, memarlar işlərinə məsuliyyətlə yanaşaraq, öz layihələrində bu amili nəzərə almalı, əsrlər boyu yaşayacaq bir forma seçilməlidir. Görüşdə iştirak edən niderlandlı memarlar müəyyən proqramlar çərçivəsində bilik və təcrübə mübadiləsi aparılmasının zəruriliyini qeyd edib, arxitektura sahəsində yeni texnologiyalardan və onların Bakı şəhərində tətbiqi imkanlarından danışıblar. Sonda Azərbaycan Memarlar İttifaqı ilə Niderlandın “Maxwan Archcitects and Urbanist” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info