Binəqədidə YAP sıralarına qoşulan bir qrup gəncə partiya bileti təqdim edilib
Tarix: 19.11.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatında Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi qeyd olunub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, millət vəkilləri Rafael Cəbrayılov, Hacı Madər Musayev, Hüseynbala Mirələmov, YAP Gənclər Birliyinin sədri və onun müavinləri, Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə bir sıra rayonlarının sədrləri, Qadınlar Şurası və Gənclər Birliyinin sədrləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının 21 il ərzində ümumxalq partiyasına çevrildiyini, Azərbaycanın inkişafı naminə çalışdığını qonaqların diqqətinə çatdırıb. O partiyanın yaranması tarixindən danışıb və qeyd edib ki, 1990-cı ilin əvvəllərində Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Ölkənin gələcəyini düşünən ziyalıların müraciətini qəbul edən Heydər Əliyev Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Bu gün bu partiyanın sıralarında altı yüz mindən çox üzvün olduğunu qeyd edən Ramiz Göyüşov partiya sıralarına qoşulanlar arasında gənclərin xüsusi fərqləndiyini qeyd edib. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi münasibətilə qonaqları təbrik edib və Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolunu qeyd edib. Ümummilli liderin yorulmaz fəaliyyətindən danışan Xaləddin İsgəndərov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını vahid ideya ətrafında birləşdirib, Azərbaycanı parçalanmaqdan qurtarıb. O qeyd edib ki, Heydər Əliyevin dahiliyi nəticəsində tamamilə yeni bir Azərbaycan yaranıb. 21 ildə Azərbaycan 100 ildə keçəcəyi inkişaf yolunu keçib. Son prezident seçkilərinə toxunan Xaləddin İsgəndərov bildirib ki, aparılan uğurlu siyasətin nəticəsidir ki, 9 oktyabrda Azərbaycan xalqı seçkilərdə İlham Əliyevi yenidən prezident seçib. Sonra tədbirdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın yaranmasının tarixi bir zərurət olduğunu bildirərək, partiyanın Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindəki rolundan danışıb. O bildirib ki, bu gün partiyanın sıralarında minlərlə gənc birləşir və Yeni Azərbaycan Partiyası dünya miqyasında tanınan siyasi partiyadır. Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov YAP-ın Azərbaycanın inkişafına verdiyi töhfələri qeyd edib. Eldar İbrahimov ümummilli lider Heydər Əliyevin Naxçıvanda və ölkədə fəaliyyəti və Azərbaycanı xilas etməsindən danışıb və qeyd edib ki, ümummilli liderin siyasəti nəticəsində Azərbaycan dirçəlib və bu günkü inkişaf səviyyəsinə çatıb. YAP Gənclər Birliyinin sədr müavini, YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Aygün Əliyeva qeyd edib ki, YAP-ın yaranması Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. O, bildirib ki, YAP-ın yaranması müasir siyasi sistemin yaranması üçün vacib idisə, 1995-ci ildə YAP Gənclər Birliyinin yaranması cəmiyyətin gənclərinin ciddi sosial-siyasi sifarişi idi. Sonra Yeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə partiya biletləri və eyni zamanda Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri Fərman təqdim edilib. Tədbirdə həmçinin YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışının qaliblərinə kuboklar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Fuad





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info